
1-ci Liqa təmsilçisi "Baku Sportinq"dən ayrılan müdafiəçi Hüseyn Babayev karyerasını Premyer Liqada davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, arxa xətt oyunçusu "Kəpəz"lə müqavilə bağlayıb.
"Sarı-göylər"in babayevin heyətə qatıldığını yaxın vaxtlarda ictimaiyyətə açıqlayacağı gözlənilir.
Xatırladaq ki, Gəncə komandası yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşır. "Kəpəz"i geridə qalan "futbol ili"ndə elitada saxlayan çalışdırcı Azər Bağırov isə hazırda "Şamaxı"nın "sükanı arxası"ndadır.
Nihat