
"Qarabağ"ın Misli Premyer Liqansının I turu çərçivəsində "Şamaxı"ya qarşı keçirəcəyi oyunun biletləri satışa çıxıb.
Fanat.Az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.
Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. Oyun günü isə azarkeşlərimiz biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.
Stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.