
Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk gündə 2 görüş baş tutacaq.
Öncə “Qəbələ” “Şəfa”nı qəbul edəcək. Qəbələdə keçiriləcək matçın baş hakimi İnqilab Məmmədov olacaq.
Günün digər oyunu “Zirə” və “İmişli” arasında keçiriləcək. Bu oyunda ədaləti Əli Əliyev qoruyacaq.
“Turan Tovuz” – “Şamaxı” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. “Sabah”ın “Sumqayıt”la, “Qarabağ”ın “Kəpəz”lə görüşləri avrokubok oyunları ilə əlaqədar olaraq təxirə salınıb.
Misli Premyer Liqası
2-ci tur
22 avqust
Qəbələ – Şəfa 0:0 (ilk hissə)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 24. İsmael Akinade 9. Karim Rossi 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 81. Samir Ağayev 2. Aqşin Yaqubov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov
“Şəfa” 1. Nicat Mehbalıyev 28. Murad Musayev (k) 55. Rauf Hüseynli 6. Fərid Yusifli 10. Dilan Mertens 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe 34. Kristofer Mamenqi
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 42. Elnur Cəfərov 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 83. Nihad Quliyev 23. Nahid Əliyev 39. Eltun Babazadə 8. Vlad Pop 22. Umar Diav 7. Treyvon Fuller
Zirə – İmişli
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 20:45.