
"Qarabağ"ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyonun son vəziyyətinə aydınlıq gəlib.
Klubün mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, braziliyalı futbolçu artıq zədə problemini geridə qoyub.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu - "Tvente" ilə səfər qarşılaşmasını kənardan izləyən Pedro kollektiv məşqlərə başlayıb. Onun cavab qarşılaşmasında meydana çıxmaq ehtimalı yüksəkdir.
Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun 20:00-da start götürəcək. İlk duel Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Nihat