
Azərbaycan I Liqasında çıxış edən "Şimal" klubu heyətinə daha bir afrikalı futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Kot-dİvuardan olan 23 yaşlı müdafiəçi Moussa Diallo ilə bir mövsümlük müqavilə imzalanıb.
Xatırladaq ki, "Şimal" daha əvvəl nigeriyalı Umar Abubakarla anlaşıb.