
Misli Premyer Liqasının 5-ci turunda "Şamaxı" ilə öz meydanında heç-heçə edərək (1:1) cari mövsüm çempionatda ilk xalını qazanan "Sumqayıt" elitadakı növbəti oyununu səfərdə "Kəpəz"ə qarşı keçirəcək.
"Kimyaçılar"ın yarımmüdafiəçisi Ronaldo Vaskes komandasının "aslanlar"la matçda qazandığı nəticə barədə fikirlərini Fanat.Az-a bölüşüb.
Dominikan Respublikasını təmsil edən 25 yaşlı legioner belə danışıb:
"Hər gün daha yaxşısına nail olmaq üçün çalışdığımız bir vaxtda heç-heçə bizim üçün motivasiya mənbəyi deyil. Lakin inanıram ki, biz vəziyyəti düzgün anlayırıq... Daha çox inkişaf edə bilərik. Yüksəlişə nail olacağımıza əminəm".
"Turan Tovuz"a 1:2 hesabı ilə yenildikləri görüşdə (1:2) qol vuran Ronaldo Gəncə komandası ilə sıfər dueli barədə də düşündüklərini dilə gətirib:
"Məqsədimiz "Kəpəz"lə səfər matçında 3 xal qazanmaqdır. Qarşılaşmanın asan olmayacağını bilirik, amma qonaq komanda kimi meydandan qalib ayrılmalıyıq. Sumqayıta qələbə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu sentyabrın 20-də keçiriləçəcək. Gəncə şəhər stadionunda oynanılacaq matçın start fiti 19:00-da səsləndiriləcək.
Nihat