
1-ci Liqa təmsilçisi MOİK-in millilərin oyunları ilə bağlı yaranan fasilə dönəmindəki planları dəyişib.
Bu barədə Fanat.Az-a "hərbçilər"in sözçüsü Araz Əhmədov məlumat verib:
"Fasilə dönəmində iki yoxlama oyunu keçirilməsi nəzərdə tutulsa da, komanda bir sınaq matçına çıxacaq. MOİK oktyabrın 2-də Binə qəsəbə stadionunda "Xankəndi" ilə üz-üzə gələcək. Həmin matçdan sonra 4-cü turda "Mingəçevir"ə qarşı keçiriləcək görüşün hazırlıqları başlayacaq".
Qeyd edək ki, 3 oyuna 4 xal toplayan MOİK 1-ci Liqanın turnir cədvəlində 5-ci pillədə mövqe tutub.
Nihat