
"Qarabağ"ın milli komandaların oyunları ilə əlaqədar fasilə ilə bağlı planları dəqiqləşib.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, ümumilikdə 9 futbolçusu müxtəlif yığmaların düşərgəsində olan Ağdam təmsilçisi bir yoxlama oyunu ilə kifayətlənəcək.
"Köhlənlər" oktyabrın 3-də "Zirə" ilə sınaq matçına çıxacaq.
Qeyd edək ki, ilk 6 turda 5 matça çıxan "Qarabağ" 13 xal toplayıb. Sözügedən kollektiv Preçyer Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub.
Nihat