
Dünən 19 yaşadək Azərbaycan millisi yoxlama oyununa çıxan 1-ci Liqa komandası "Gəncəbasar" 2:2 hesablı heç-heçə ilə yadda qaldı.
Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri oyunla bağlı fikirlərini Fanat.Az-a bölüşdü:
"Çalışdıq ki, futbolçuların hamısına oynamaq imkanı yaradaq. Hər birinin oyun yükünü alması vacib idi. Fasilə dönəmində həm taktiki, həm fiziki durumumuzu yaxşılaşdırmaqda qərarlıyıq. İki qol vurduq, eyni sayda qol buraxdıq. Bu, futbolda olan şeylərdir. Əsas odur ki, futbolçulardan istədiyimi ala bildim. Mənim üçün ən önəmlisi futbolçuların yüklənməsi idi.
U-19-un baş məşqçisi Elgiz Kərəmli Azərbaycan futbolunun ən savadlı gənc kadrlarından biridir. Onu milliyə baş məşqçi təyin olunması münasibəti ilə sizin saytınız vasitəsi ilə təbrik edirəm. Çox doğru qərar veriblər. Belə mütəxəssislərə şans vermək, şərait yaratmaq lazımdır. Rəqib yaxşı komanda olduğunu meydanda göstərdi. Ümid edirəm ki, bu kollektiv gələcəkdə daha yaxşı performans sərgiləyərək hamımızı sevindirəcək. Aşağı yaş qrupu üzrə yığmalar nə qədər çox inkişaf etsələr, gələcəkdə əsas millimiz bir o qədər güclənər".
Nihat