15:16 16.11.2017 2135

İsgəndərin, İqorun və Samirin yolu...

Aydın Bağırov

"Vanda Metropolitano” stadionu, "Atletiko" ilə oyundan bir gün öncə "Qarabağ"ın məşqidi. İsgəndər Cavadov yaxınlaşıb xahiş edir ki, şəklini çəkim. Çəkirəm. Soruşur:

- Necədüüü?

- Həmişəki kimisiz...

Sonra təklif edirəm ki, bir müsahibə versin.

- Yox eee...

- "Qarabağ”dan danışacağıq.

- Ala yox e...

- Narahat olmayın, AFFA-dan sual verməyəcəm.

- Da neeet...

- Niyə danışmırsız, İsgəndər müəllim? Millinin, futbolun problemləri haqda sual olmayacaq.

Zorla deyil ki. Danışmır. Sakitcə oturub məşqi izləyir. Elə də diqqətlə izləyir, məndə bir anlıq belə təsəvvür yaranır ki, yəqin Qurban Qurbanovun məşqindən, "Qarabağ”ın sabahkı oyunundan təhlil hazırlamaq üçün Madridə gəlib. Düşünürəm, bəlkə AFFA təzəlikcə futbolun strateji təhlil mərkəzini də yaradıb və İsgəndər bəyəfəndini də ora sədr qoyub. Yox! Olmur, vallah olmur… İsgəndər müəllimlə təhlili bir araya sığışdırmaq olmur.

Amma yenə də mənə maraqlı gəlir, nə üçün elementar bir oyun haqda danışmaq istəmir yoldaş Cavadov? Yadıma düşür ki, o, axır vaxtlar ümumiyyətlə, heç danışmır. Deyəsən, bir dəfə "Neftçi” haqda nəsə 1-2 tənqidi söz deyib, AFFA-damı, yoxsa SOCAR-damı oturanların xətirlərinə dəyib. Odu-budu mediadan qaçır İsgəndər müəllim.

Amma biz "Neftçi”dən, uğursuz millidən danışmayacaqdıq təbii ki. "Atletiko” - "Qarabağ” oyunu haqda danışacaqdıq. Necə ki, Vaqif Sadıqov o haqda danışır və indiyədək də AFFA-da işləyir, Ağasəlim Mircavadov danışır, o da AFFA-da işləyir, az-az olsa da, Böyükağa Hacıyev da danışır və o da AFFA-da işləyir. İsgəndər Cavadov isə heç nə danışmır, ya da danışa bilmir, buna baxmayaraq, Sadıqovdan da, Mircavadovdan da, Hacıyevdən də daha yüksək vəzifədədir (AFFA İcraiyyə Komitəsində) və daha yaxşı pul qazanır.

Bəs problem nədi? Yəqin İsgəndər müəllimə elə gəldi ki, "Qarabağ”a xoş gələn söz birdən AFFA-da oturanlara naxoş gələr. Elədirmi görəsən?
Şair demiş,

Bəlkə də hə…
Bəlkə də yox...

Hə, onu da deyim ki, İsgəndər müəllim Madridə "Qarabağ”ın sponsorluğu ilə getmişdi. Ən azı klubun bu xeyirxah, nəcib davranışı xatirinə 1-2 kəlmə söz demək lazım idi. Bu, insanlığın mənəvi qaydalarından biridi.

***

- İqor Anatolyeviç, bəlkə sizinlə bir müsahibə edək?

- Hə, əlbəttə. Amma məndə elə bir yenilik yoxdur. Bilmirəm, mənimlə müsahibə sizin üçün nə dərəcədə maraqlı olar.

- Siz bizim futbolda həmişə maraqlı sima olmusunuz.

Son sözlərim ürəyinə yağ kimi yayılır deyəsən. Feysbuk messengerimə bir "layk” işarəsi də göndərir. Yəni okey!

- O zaman müsahibəyə başlayaq?

- Başlayaq!

İlk sualı göndərirəm. Amma 15-20 dəqiqə sonra kompüterin o başından zülmlə könülsüz cavab gəlir. Donub qalıram. Özüm-özümdən şübhələnirəm ki, İlahi, mən axı, bu adama nə dedim, xətrinə dəyəcək nə sual verdim ki, Ponomaryovun fikirlərində də belə inqilabi dəyişiklik oldu?

Buyurun, bu mənim adi sualım: 2000-ci ildə millinin baş məşqçisi işləmisiniz. O vaxtdan bəri keçən 17 ildə bizim futbolda, əsasən də milli komandada nə dəyişib?

Bu isə onun cavabı: "Aydın, sən məni bağışla, nəyə görəsə həvəsim yoxdu. Görünür, mən hələ müsahibə vermək üçün yetişməmişəm".

Həvəsim yoxdu...

Yetişməmişəm…

Bizdə belə sualları cavablandıran onlarla futbol adamı var və heç birini də AFFA indiyədək işdən qovmayıb. Əlbəttə, kimisi tənqid edir, kimisi də üstüörtülü cavab verir, amma heç kim İqor Ponomaryov kimi qorxaq cavab vermir.

Və adi bir sualda qoyulan problemə cavab vermək gücündə, bacarığında olmayan adamlar bu gün bizim futbolun problemini həll etmək istəyirlər.

Futbolumuzun dərdi həm də bax elə budu…

***

Cavadov və Ponomaryovla yanaşı bizim futbolumuzun daha bir əfsanəsi var: Samir Ələkbərov. Safdı, bəlkə də çox sadəlövhdü. Fuad Musayevin dövründən həmişə dilinin bəlasına düşüb. Elə dünən də çox şeyi açıb danışdı və onu təsdiq etdi ki, onun da özünəməxsus yolu olub…

Samir Ələkbərov yolu…

Pisdi, yaxşıdı, bu, hər zaman müzakirə edilə bilər. Amma dəyişməyən bir həqiqət var: hər kəs inandığı yolu ilə gedir…

Kimisi İsgəndər Cavadov kimi…

Kimisi İqor Ponomaryov kimi…

Kimisi də Samir Ələkbərov kimi…

Qol.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

16:01

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir: Heyətlər - YENİLƏNİR

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X