"Zirə” futbol klubunun yeni mətbuat katibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, klubda adıçəkilən vəzifəni Elmar Abdulla-zadə icra edəcək. O, bu postda milli komandalara mətbuat katibi təyin edilən Elman Himayətoğlunu əvəzləyəcək.
Qeyd edək ki, gənc jurnalist buna qədər futbolinfo.az, futbol11.az saytlarında çalışıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol