16:18 19.11.2017 2053

“Kəpəz”də iclas: yeni baş məşqçi nə vaxt açıqlanacaq?

Noyabrın 18-də "Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının (MŞ) iclası keçirilib. Fanat.Az xəbər verir ki, tədbirdə MŞ-nın sədri Elmir Vəliyev, üzvlər Müzəffər Qasımov, Sərxan Babayev, İbrahim Cəfərov, Yusib Yusibov, Müşfiq Cəfərov və AFFA tərəfindən kluba təyin olunan yeni nümayəndə İslam Abbasov iştirak edib.  

Tədbiri giriş sözü ilə açan Elmir Vəliyev Müşahidə Şurasının iclasının iki mühüm hadisə arasında baş tutduğunu bildirib. Elmir müəllim öncə Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Gəncəyə səfər etməsinə diqqət çəkib. O, cənab Prezidentin gündən-günə gözəlləşən, müasirləşən Gəncəmizdə aparılan geniş abadılıq-quruculuq, eyni zamanda əsaslı təmir və yenidənqurma işləri ilə tanış olduğunu, bir neçə obyektin açılışında iştirak etdiyini nəzərə çatdırıb. İclasda Prezident İlham Əliyevin Gəncədə İdman Sarayının tikintisi haqqında sərəncam imzalaması şura üzvləri tərəfindən rəğbət ilə qarşılanıb və bu idman obyektinin şəhərimizdə idmanın inkişafı istiqamətində öz dəyərli töhfəsini verəcəyi vurğulanıb. Elmir müəllim çıxışında digər önəmli hadisənin "Kəpəz” ilə bağlı olduğunu deyib. MŞ-nın sədri Sovet  dövründə "Dinamo” adlanan klubun 1967-ci ildə SSRİ Çempionatının Yüksək Liqasına vəsiqə qazanmasının bu günlərdə 50 ili tamam olacağını söyləyib. Elmir Vəliyev Sovetlər Birliyi vaxtında balaca bir şəhərin komandasının SSRİ birinciliyinin elitasına çıxmasının İttifaq məkanında böyük əks-səda doğurduğunu və bunun Gəncə futbolunun tarixinə qızıl hərflərlə yazılmış böyük hadisə olduğunu deyib.

Daha sonra Elmir müəllim İslam Abbasovun şuraya üzv, eyni zamanda sədr müavini təyin olunması ilə bağlı fikirlərini bölüşərək onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə həmçinin, Elnur Camalxanov yeni icraçı-direktor kimi MŞ-nın üzvlərinə təqdim olunub. Həm İslam Abbasov, həm də Elnur Camalxanov çıxışlarında "Kəpəz” kimi tarixi böyük olan klubda fəaliyyət göstərəcəkləri üçün qürur duyduqlarını və klubun inkişafı yolunda yorulmadan çalışacaqlarını əlavə ediblər.

Tədbirin davam edən bölümündə "Kəpəz”in çıxışı və gələcək planlar müzakirə olunub. Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun  titullarından bəhs etməklə komandanın hazırkı nəticələrinin xoş olmadığını və məyusluq doğurduğunu açıqlayıb. Elmir müəllim gələcək planlardan da danışaraq uşaq futbolunun inkişafı üçün arenanın ərazisində yardımçı meydançanın yenilənməsi istiqamətində görülən işlərə nəzər salıb. O, bildirib ki, yer hazır olan kimi süni örtük əraziyə döşənəcək və ideal durumu ilə seçiləcək meydan aşağı yaş qrupları da daxil olmaqla komandaların ixtiyarına veriləcək. Elmir Vəliyev əlavə daha bir məşq meydançasının salınmasının nəzərdə tutulduğunu və bununla da futbolçuların məşq etməsi üçün şəraitin yaxşılaşacağını söyləyib. Planların geniş olduğunu vurğulayan MŞ-nın sədri Gəncə şəhər stadionuna plastik oturacaqların qoyulması prosesinin bu mövsüm də davam etdiriləcəyini əlavə edib. "Kəpəz”in əsas komandasının daimi Gəncədə məskunlaşmasının gələn ilə planlaşdırıldığını deyən Elmir Vəliyev bazada da əsaslı şəkildə təmir işlərinin aparılacağını və hər cür şəraitin yaradılacağını vurğulayıb. Şuranın sədri bütün işlərin 2018-ci ildə başa çatmasının nəzərdə tutulduğunu qeyd edib.

Vəziyyətlə bağlı danışan İslam Abbasov qısa vaxtda yerli şəraitlə tanış olduğunu bildirib və çatışmazlıqlardan danışıb. O, Gəncənin həmişə istedadlı yetirmələri ilə seçildiyini önə çəkib, əsas işlərin uşaq futbolunun inkişafı istiqamətində aparılmalı olduğunu vurğulayıb. "Kəpəz”in turnir cədvəlində tutduğu yerin Gəncəyə layiq olmadığını və birgə, səmərəli fəaliyyət nəticəsində vəziyyətin düzələcəyinə ümid etdiyini bildirib.

Tədbirdə həmçinin, "Səbail” ilə doğma meydanda alınan məğlubiyyətdən sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edən Şahin Diniyevin fəaliyyəti də müzakirə olunub. Komandanın əvvəlki uğurlarına görə məşqçiyə təşəkkürünü bildirən Müşahidə Şurasının üzvləri yekdilliklə istefanı qəbul ediblər. Komandanın yeni baş məşqçiyə tapşırılması üçün iki gün ərzində məsləhətləşmələr aparılacağı və bu haqda qərarın noyabrın 20-də veriləcəyi nəzərə çatdırılıb.      

Xatırladaq ki, bunadək klubda icraşı-direktor Cabir İbrahimov idi. 

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X