19:14 24.11.2017 1829

Yunis Hüseynov: “Gəncənin komandası Gəncədə olmalıdır” - MÜSAHİBƏ

"Kəpəz”in baş məşqçisi Yunis Hüseynov komandanın bu gün Gəncə şəhər stadionunda keçirdiyi açıq məşqdən əvvəl "Report”un suallarını cavablandırıb. Fanat.Az həmin müsahibəni təqdim edir.

- Açıq məşqin təşəbbüskarı sizsiniz, yoxsa rəhbərlik?
- Azarkeşlərin məşqlərə baxmasına heç vaxt etiraz etməmişəm. Məndən öncə də "Kəpəz”in məşqləri azarkeşlər və mətbuat üçün açıq olub. Özüm başqa komandalarda çalışanda da bu cür olub. Əvvəl rəhbərlik etdiyim 3 kollektivin hamısında hazırlıq prosesi hər kəsə açıq olub.

- Sabah "Qəbələ" ilə keçirəcəyiniz Azərbaycan Premyer Liqasının XIII tur matçına hazırlıq necə gedir?
- Hazırlığımız normaldır, əhval-ruhiyyə yaxşıdır. Əsas budur. Heyətdə zədəlilər var. Viktor Oseqeyl ötən tur "Səbail"lə görüşdə sıradan çıxıb. Həmçinin, Dedimar Fereyra qırmızı, kapitan Şəhriyar Rəhimov isə sarı vərəqə cəzalısıdır. Məhəmməd Qurbanovun ayağında problem vardı, dünən istirahət verdim. Bu gün məşq etdi, heç bir sıxıntısı yoxdur.
 
- Artıq komanda ilə tanış olmusunuz. "Kəpəz"in sonuncu yerdə qərarlaşmasının səbəblərini müəyyənləşdirmisiniz?
- Onu heç bir baş məşqçi müəyyənləşdirə bilməz. Bilirsiniz niyə? Hər bir mütəxəssisin özünün futbola baxışı var. Şahin müəllimin də ("Kəpəz”in sabiq baş məşqçisi Şahin Diniyevi nəzərdə tutur – red.) tam başqa bir yanaşması olub. Məndə isə fərqlidir. Eyni baxışda ola bilmərik. Bu komandanı Diniyev yığmışdı. Elə oyunlar vardı ki, "Kəpəz” qalib gəlməli idi. Komandanın bütün matçlarına baxmışam. Bəzən bəxtləri gətirməyib, bəzən qələbə qazanmalı olduqları halda, uduzublar. Futbolda belə hallar olur. Ona görə də "Kəpəz”i bu vəziyyətdən çıxarmaq üçün çalışamaq lazımdır. Uşaqlara inanıram, hamısı can-başla məşq edir. Yəqin ki, bu ağır durumdan çıxarıq.

- Vəziyyəti dəyişmək üçün nələr edəcəksiniz?
- Komandaya əlavə futbolçular lazımdır. Desəm ki, qış fasiləsində futbolçuları yığıb gətirəcəyik və vəziyyəti düzəldəcəyik, bu da yalan olar. Çünki qış fasiləsində oyunçu olmur, hamısının müqaviləsi var. Sözləşməsinin müddəti bitənlər yayda olur. Bununla belə, komandaya kömək üçün 2-3 futbolçu tapmağa çalışacağıq.
 
- "Kəpəz" hazırda sonuncu yerdə getsə də da, cari mövsümdə iki qələbəsindən birini məhz "Qəbələ" üzərində qazanıb. Bu, sizin üçün əlavə təzyiq yaratmır?
- Xeyr, niyə təzyiq olur ki?! Heç bir problem yoxdur. "Qəbələ” deyil, başqası olsun, bizim üçün fərqi yoxdur. Meydanda 90 dəqiqə vuruşmaq lazımdır. Ancaq bunu fikirləşirik.

- "Kəpəz" kimi komandanın Bakıda məşq edib, oyundan-oyuna Gəncəyə gəlməsi yaxşı hal deyil. Qış fasiləsindən sonra komandanın birdəfəlik doğma şəhərə köçməsi mümkündür?
- İnanırıq. Gül kimi bazamız var. Sadəcə, təmir etmək lazımdır. Rəhbərlik bu məsələ həllini tapacağına söz verib. Biz də istəyirik ki, "Kəpəz”i Gəncəyə gətirək. Gəncənin komandası Gəncədə olmalıdır. Həmişə bunun tərəfdarı olmuşam ki, komanda təmsil olduğu şəhərdə məşq edib, oynamalıdır. Bazamızı təmir edib, komandanı bura köçürtmək istəyirik.  

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X