AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib.
Fanat.Az xəbər verir ki, buna Ağdam komandasının 4 futbolçusunun "Zirə" ilə Azərbaycan Premyer Liqasının XIII tur matçında sarı vərəqə alması səbəb olub.
Qərara əsasən, kluba 800 manat cərimə kəsilib. Səfər oyunu "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu, İntizam Komitəsinin Premyer Liqanın ötən turu ilə bağlı tətbiq etdiyi yeganə cəza olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol