22:10 08.12.2017 1651

Qurban Qurbanov: "Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm"

"Çempionatın son oyunu idi. Çox istəyirdik ki, qalib gələk. Hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçuları təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odu ki, 3 xal qazandıq. Samir Əliyevə gələcək oyunlarda uğurlar arzulayıram".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov IV turdan təxirə salınmış "Səbail"lə səfər oyunundan sonra mətbuat konfransında deyib.

Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Rəşad Sadıqov ilk hissənin ortalarında zədələnsə də, onu ikinci hissədə əvəzlədiniz...
- İlk öncə ciddi bir şey görünmürdü. Lakin ikinci hissədə vəziyyətinin nisbətən pisləşdiyini görüb, əvəzləmək qərarına gəldim.

- Bu gün mövsümboyu az oynamış oyunçulara şans verdiniz. Bunu onlara verilmiş son şans kimi dəyərləndirmək olar?
- Komanda Romadan yorğun qayıtmışdı. Bu, birinci dəfə deyildi. Əvvəllər də belə etmişdik.

- Sizcə, yeni oyunçulara ehtiyac var?
- Əvvəlki fikrimdə qalıram. Futbol elə oyundur ki, burada hər şey baş verə bilər. Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm. Danışıq apardığımız oyunçular var.

- Bu, o deməkdir ki, bəzi oyunçular göndəriləcək?
- Qışda olmasa belə, yayda dəyişikliklər olacaq.

- Klubunuzun başqanı Tahir Gözəl "Qarabağ"ın gələcəyi ilə bağlı açıqlamasında yerli oyunçulara daha çox şans veriləcəyini, gəncləşdirmə siyasəti aparılacağını deyib. Bu, sizi narahat etmir?
- Düzü, həmin açıqlamanı oxumamışam. Biz həmişə gənclərin heyətə cəlb edilməsinin tərəfində olmuşuq.

- Anton Kanibolotskini komandaya nəyə gətirmişdiniz?
- Bu sualın cavabı yoxdur. Avropanın ən böyük klublarında da eyni səviyyəli iki qapıçı olur. Çempionat oyunlarına baxsaq, Kanibolotski daha çox oynayıb, nəinki digərləri. Onu komandaya niyə gətirdiyimə gəlincə, eyni səviyyəli qapıçıya ehtiyac var idi. Avrokuboklarda ikinci qapıçı kimi həmişə Kanibolotski olub, Şahruddin Məhəmmədəliyev yox. Şahruddinə çempionatda daha çox şans verməyim isə əsasən, limitlə bağlıdır. Bir də deyirəm: Bu sualın konkret cavabı yoxdur.("Report")

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X