12:58 21.12.2017 3380

AFFA-da yeni təyinat: İspandilli diplomat, Meksikada təlimçi... - FOTO

Məlum olduğu kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Fanat.Az prosport.az-a istinadən xəbər verir ki, iclasda cəmi 3 qərar qəbul edilib.

Bu qərarlardan biri onsuz da bəlli idi. Söhbət aşağı yaş qrupları üzrə 5 milliyə baş məşqçi təyinatlarının təsdiqlənməsindən gedir. Digər qərar Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun ərazisində 2, Bakı Olimpiya Stadionunun daxilində isə 1 təbii örtüklü meydançanın salınması ilə bağlı idi.

3-cü qərar isə həm gözlənilən, həm də bir o qədər də gözlənilməz oldu. "Keşlə"nin icraçı direktoru Rəmiş Malıyevin Oyunçuların Statusu və Transferi Komitəsinin sədrliyindən uzaqlaşdırılması onun AFFA-da dayaqlarını itirməsindən xəbər verir. AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun "Keşlə"nin Müşahidə Şurasının sədri olduğu və Rəmiş Malıyevdən o qədər də xoşu gəlmədiyi çoxlarına bəllidir. Böyük ehtimalla, Malıyevin bu postdan uzaqlaşdırılması və ancaq klubda işinə adaptasiya olunmasını istəmək təşəbbüsü də elə Axundovdan gəlib.

Beləliklə, AFFA-nın sabiq baş hüquqşünasının artıq bu qurumla olan-qalan əlaqələri də kəsilmiş oldu. Onun yerinə isə bu komitənin üzvü Nailə Rüstəmzadə gətirildi. Bəs Nailə Rüstəmzadə kimdir?



Nailə Rüstəmzadənin adı ilk dəfə futbolda ötən il çəkilib. Belə ki, bu xanım 2016-cı ilin martın 11-də "Bulvar" otelində keçirilən AFFA İcraiyyə Komitəsinin qərarına əsasən Oyunçuların Statusu və Transferi Komitəsinin heyətində yer alıb. Ümumiyyətlə, həmin komitənin üzvləri arasında yeganə futbola naməlum şəxs Nailə Rüstəmzadə olub. Sədr Rəmiş Malıyev ("Keşlə"nin icraçı direktoru), Musa Qurbanov ("Zaqatala" klubunun Müşahidə Şurasının sədri), Zamiq Hüseynov (PFL-in Texniki İdman Şöbəsinin rəisi) və Orxan Hüseynzadə ("Neftçi" PFK-nın prezidenti) futbol ictimaiyyətinə tanış simalardır. Ancaq Nailə Rüstəmzadə yox.



Nailə xanım Qərb Universitetinin məzunudur, hüquqşünasdır. Onun 2006-cı ilə "Beynəlxalq Hüquq" adlı kitabı işıq üzü görüb. İspan dilini bilir. Təsadüfi deyil ki, o, 2008-ci ilin martında Meksika xarici işlər nazirinin müavini Mariya De Luardes Aranda Beasurinin Bakıya səfəri zamanı 2 ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq haqqında razılaşmaya əsasən Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi kimi Meksika Diplomatik Akademiyasında "Meksika və Latın Amerikası dövlətlərinin xarici siyasəti” mövzusunda 1 aylıq təlim kurslarına dəvət olunub. Həmçinin Rüstəmzadə vaxtı ilə İspaniya Krallığındakı səfirliyimizdə 3-cü katib vəzifəsində də çalışıb.



Yeri gəlmişkən, Nailə Rüstəmzadənin İspaniyada Hüquq-Biznes Məktəbində "Beynəlxalq İdman Hüququ" fakültəsinin məzunu olub. Həmçinin onun İspaniyada "Diplomatiya və Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistr dərəcəsi də var.

Doğum tarixi bizə bəlli olmasa da, gənc kadr olduğunu deyə bilərik. Hələlik, Nailə Rüstəmzadə haqqında əldə etdiklərimiz bunlardır. Onu da qeyd edək ki, bu adam belə sürətli irəliləyişlə yaxın zamanda AFFA-nın Hüquq Şöbəsində sədr olsa, təəccüblənmərik. Əslində savadlıdırsa və işini Rəmiş Malıyevdən daha keyfiyyətli görürsə, niyə də olmasın? Savadlı kadra hər yerdə ehtiyac var.



Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X