13:14 27.12.2017 1724

AFFA-da 2017-nin son iclası: ilin son cəzaları açıqlandı

AFFA İntizam Komitəsinin 2017-ci ildə son iclas keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri ilin son qərarlarını qəbul edib: 

24 dekabr 2017-ci il, Regional Liqasının, "Ümid” – "Tufan” matçında  "Ümid” klubu təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61).

20 dekabr 2017-ci il, Gənclər Liqasının, "Kəpəz” – "Səbail” matçının 75-ci dəqiqəsində "Kəpəz” klubunun 9 №-li futbolçusu Kamal Həsənpur ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

20 dekabr 2017-ci il, Gənclər Liqasının, "Zirə” – "Keşlə” matçının 76-cı dəqiqəsində "Zirə” klubunun 22 №-li futbolçusu Qulu Axundov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

25 dekabr 2017-ci il, Bakcell U-17 Liqasında, "Qarabağ” – "Zirə” matçının 90-cı dəqiqəsində "Zirə” klubunun 13 №-li futbolçusu Rəvan Babazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

18 dekabr 2017-ci il, Bakcell U-17 Liqasında, "Keşlə” – "Neftçi” İK İB matçının 89-cu dəqiqəsində "Neftçi” İK İB klubunun baş məşqçisi Elçin Dərgahquliyev İntizam Komitəsinin 18 №-li protokoluna əsasən  texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62). Lakin sonradan  Elçin Dərgahquliyevin köməkçi hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırılması müəyyən olunmuşdur. Bunu nəzərə alaraq İntizam Komitəsi 18 №-li protokoluna dəyişiklik edərək Elçin Dərgahquliyevi  hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırır (maddə 42.4).

21 dekabr 2017-ci il, U-16 Liqasında, "Neftçi” İK İB – "Vətən” matçının 75-ci dəqiqəsində "Vətən” klubunun 6 №-li futbolçusu Cavad Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

21 dekabr 2017-ci il, U-16 Liqasında, "Keşlə” – "Neftçi” matçının 56-cı dəqiqəsində "Neftçi” klubunun 8 №-li futbolçusu Fərid Yusifli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

23 dekabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, "Neftçi” İK İB – "Turan” matçının 55-ci dəqiqəsində Neftçi” İK İB klubunun 10 №-li futbolçusu Taleh Yusifov və "Turan” klubunun 7 №-li futbolçusu Elnar Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 37.1).

14 dekabr 2017-ci il, U-14 Liqasında, "Səbail” – "Zirə” matçının 41-ci dəqiqəsində "Zirə” klubunun 4 №-li futbolçusu Mirfərid Qəhramanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

23 dekabr 2017-ci il U-12 Liqasında, Telman FM (Qusar) – Xudat (Xudat) matçında Telman FM komandasının heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

21 dekabr 2017-ci il U-10 Liqasında, Təhsil FM (Bakı) – İsgəndər Cavadov (Bakı) matçında Təhsil FM komandasının heyətində yetər sayolmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

9 dekabr 2017-ci il U-13 Qızlar Liqasında, "Əhmədli Yunayted" – "Sumqayıt" matçında "Sumqayıt" komandasının heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

9 dekabr 2017-ci il U-13 Qızlar Liqasında, "Amasiya" FK – "Fidan" matçında "Fidan" komandasının heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

24 dekabr 2017-ci il U-16 Qızlar Liqasında, "Fidan" FK – ŞKGB matçının 32-ci dəqiqəsində ŞKGB klubunun 13 №-li futbolçusu Aytən Mütəllibova kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

24 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin "Bədr FK” Xocalı – "Gənclik” İK matçının 43-cü dəqiqəsində "Bədr” FK klubunun 2 №-li futbolçusu Əli Ağadadaşov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

24 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin, "Dalğa” – "Atletiko Baku” matçında "Atletiko Baku” komandasının iştirak etməməsinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X