12:46 14.02.2018 2321

Pul hanı?

Aydın Bağırov
Qol.az-ın baş redaktoru

"Kəpəz”in bu qış transfer etdiyi çoxsaylı legioner arasında biri xüsusi diqqət çəkir: Dieqo Souza. Bir zamanlar "Xəzər Lənkəran”da və "Zirə”də oynayıb. Deyilənə görə, intizamsız davranışları səbəbindən sonuncu klubdan müqaviləsi ləğv edilməklə qovulub. Elə özünün etiraf etdiyi kimi, sonra 2 il klubsuz qalıb. Və düz 2 il peşəkar futboldan kənar qalan bu oyunçunu qəfildən Braziliyadan gətirirlər "Kəpəz”ə. İndi biz yaxşısı səbəb nədi sualı ətrafında var-gəl etməyək. Çünki hara fırlasan, gəlib bir nöqtəyə dayanacaq: normal futbol ölkələrində öz işinə ciddi yanaşan heç bir məşqçi bu anormal transferə razılıq verməzdi ki, Yunis Hüseynov verdi...

Yunis Hüseynov "Kəpəz”in baş məşqçisidi. Məlum, baş məşqçinin əsas vəzifəsi komandanın həm özünü, həm də nəticəsini düzəltməkdi. Souza kimi futbolçularla "Kəpəz” hara qədər gedəcək, özünüz təsəvvür edin. Amma biz yenə də zamanı qabaqlamayaq, nağıllarla yaşamağı buraxaq "Kəpəz”i idarə edənlərin ixtiyarına. Gələk, bu gün üçün daha ciddi problemə.

Deməli, Gəncə stadionunun meydançası sapsarı saralaraq yararsız hala düşüb. "Kəpəz" də PFL-ə müraciət edib ki, ev oyunumuzu başqa stadionda keçirək. Cəmi 4-5 ay əvvəl isə ora yamyaşıl idi. Təptəzə meydan, büsbütün yenilənmiş ot ortüyü. Və birdən bu ot ortüyü sırf baxımsızlıq ucbatından sıradan çıxır. Niyə? Sualın birbaşa ünvanı əlbəttə ki, "Kəpəz”in bərbad idarəetməsi sistemi ilə yanaşı, həm də AFFA-dı. Çünki bu meydançanı dövlətin – SOCAR-ın ayırdığı vəsait hesabına (mütəxəssislərin dediyinə görə, əgər yeyinti halları olmasa, yeni ot ortüyünün salınması 100-150 min manat xərc aparır) məhz federasiya düzəltdirib, məntiqlə də ona nəzarəti elə özü həyata keçirməlidi. Və bir halda ki, klubun içində - Müşahidə Şurasında AFFA nümayəndə ilə də təmsil olunur, o zaman federasiya sadə bir suala cavab verməyə çətinlik çəkməməlidi: meydançaya niyə nəzarət olunmayıb? Yaxud qazonun normal vəziyyətdə saxlanılması üçün tələb edilən aylıq 4-5 min manat niyə ayrılmayıb?

4-5 min manat həm də 2 ildi futbol oynamayan Dieqo Souza adlı Azərbaycan klublarına xeyri dəyməyən legionerin yəqin ki, "Kəpəz”dəki aylıq maaşıdı. Ona və onun kimilərə pul tapılır, qazonun normal saxlanılması məsələsi ortaya çıxanda nəyə görəsə pul qəfil yoxa çıxır. Amma bura Azərbaycandı, axı. Nə bilmək olur, bir də gördün bu gun 4-5 min "tapa bilməyənlər” sabah yüzminlərlə pul ayırıb Gəncə stadionuna yenidən təzə ot ortüyü salacaqlar.

Nuş olsun deyək?
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

Facebookdan bizi izləməyi unutmayın.
X