13:26 01.05.2018 1542

Kamran Quliyev: "Tərlan Əhmədova mövsümün sonuna qədər dəstək verəcəm”

"Tərlan Əhmədovla müqaviləmiz var və buna hörmətlə yanaşırıq. Baş məşqçinin də arxasındayıq”. Bu sözləri "Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Quliyev baş məşqçi məsələsinə mövsümün sonunda baxacaqlarını bildirib: "Baş məşqçi ilə bağlı söz-söhbət həm ona, həm də komandaya mənfi təsir edir. Tərlan Əhmədov bizim baş məşqçimizdi. Digər klubda çalışarkən da baş məşqçiyə sona qədər dəstək vermişəm. "Neftçi” rəhbərliyi bütünlüklə Tərlan Əhmədovun arxasındadı. Mövsüm başa çatdıqdan sonra həm onunla, həm sponsorumuzla bu məsələni müzakirə edə bilərik. "Bilirəm, demirəm” söhbəti deyil. Çünki hələ müzakirə etməmişik. Yalnız mövsüm başa çatdıqdan sonra baxılacaq”.

Tərlan Əhmədov müsahibələrinin birində "Neftçi”yə gələrkən qarşıma avrokuboka vəsiqə şərti qoyulmamışdı” fikrini səsləndirmişdi. Paytaxt klubuna bir müddət əvvəl rəhbər təyin olunan Quliyev də belə tələb qoymadığını söyləyib: "Mətbuata çatdırılanlar var, bir də daxildə olan məsələlər. Birincisi, Tərlan müəllim "Neftçi”yə gələndə, mən başqa klubda işləyirdim. Bütün söz-söhbətlərdə iştirak etməmişəm. Mənim ilk addımım baş məşqçiyə və onun heyətinə dəstək olmaq idi. Bunu mövsümün sonuna qədər edəcəm. Hər şey ola bilər. Yolumuzu davam etdirə də bilərik, ayrıla da. Xahiş edirəm ki, bu məsələ müzakirə mövzusuna çevrilməsin. Çünki bu, komandaya, baş məşqçiyə təsir edir. Olduqca təcrübəli və komandanı yaxşı tanıyan çalışdırıcımız var. Mövsümün sonudu, il ərzində görülən işin bəhrəsinin görülüb-görülməyəcəyi son turlardan asılıdı. Amma oturub kim gedəcək, kim gələcək məsələsini müzakirə edirik. Bununla futbolumuzun inkişafına dəstək vermək olmaz. Bu, ancaq söz-söhbət yaratmaqdı”.

Prezident komandanın Avropa Liqasına vəsiqə şanslarını da dəyərləndirib: "İstərdik ki, son 3 turda komanda vahid yumruq kimi birləşsin və hədəfinə çatsın. Avropa Liqasına vəsiqə uğrunda yarışan 4 klubun hər biri üçün çətin olacaq. "Neftçi”, "Zirə”, "Sumqayıt” və "Keşlə” arasında mübarizə davam edir”.(Apasport.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X