22:03 01.05.2018 1907

Klublar Komitəsinin toplanma səbəbi: gərək var idimi?

AFFA-nın baş katibi Elxan Məmmədov Berti Foqtsdan ən azı dəqiqliyi öyrənib. Onun Klublar Komitəsinin bugünkü iclasına təyin olunan vaxtda çatması bunu sübut etdi. Saat 10.00-da baş katib konfrans zalına daxil oldu. Onu Premyer Liqanın 8 klubundan 7-sinin nümayəndəsi gözləyirdi.


 

15 dəqiqə gecikmə ilə iclas başladı. Sonuncu təmsilçi ilə əlaqə saxlanıldı, yubandığı aydınlaşdı və müzakirələrə start verildi. Lakin "Qəbələ” rəsmisi olmadan danışılanlar söz yığını idi. Axı, gündəlikdəki məsələlərdən 3-nü birbaşa bu klub təklif etmişdi.


 

"Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov tədbirə qatılmamış jurnalistlərlə salamlaşdı və gecikməsinin üzrlü səbəbinin olduğunu, eyni zamanda ilk dəfə belə halın yaşandığını bildirdi, zarafatla bunu yazmamağımızı istədi. Lakin 38 dəqiqəlik yubanmanı gizlətmək fikrimiz yoxdu.

 

"Bulvar” otelində keçirilən iclasın gündəliyi zəngin idi.


 

1. Baş katib Elxan Məmmədovun çıxışı;

2. Əvəzedici komandaların Birinci Divizionda iştiraklarının mümkünlüyünün müzakirəsi;

3. Uşaq liqalarında (U-10 – U-14) pley-off mərhələsində uduzan oyunçuların komandalarını dəyişmələrinin müzakirəsi;

4. U-15 və yuxarı liqa oyunlarının birləşməsi (Məqsəd xərclərin azaldılması);

5. U-10 – U-14 liqalarının final mərhələsinin keçirilmə sistemlərinin dəyişdirilmə ehtimalının müzakirəsi;

6. Digər məsələlər.


 

2, 4 və 5-ci bəndlərin "Qəbələ”nin təklifi olduğunu nəzərə alsaq, "Uşaq liqalarında (U-10 – U-14) pley-off mərhələsində uduzan oyunçuların komandalarını dəyişmələrinin müzakirəsi” maddəsi başqa beyinin məhsulu idi.


 

"Neftçi”nin prezidenti Kamran Quliyevin sədrliyi ilə keçirilən tədbirə klublar yenə fərqli səlahiyyətə malik şəxslərlə təşrif buyurmuşdu. Rəmiş Malıyev ("Keşlə"), Riad Rəfiyev ("Sumqayıt"), Elnur Camalxanov ("Kəpəz"), Ramin Həsənov (Səbail), Asif Əsgərov ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") məsələlərə münasibət bildirmək üçün bir arada idi.


 

Klublar Komitəsi qərar verən qurum deyil, yalnız tövsiyyələrini çatdıra bilər. Lakin tədbirdən sonra Elxan Məmmədov bir sıra qərarların verildiyini xüsusi virğulamaqla komitənin gücünü böyütməyə çalışdı.


 

Katibin tədbirdə çıxışı təsadüfi deyildi və o, "qəbul edilən qərar”dan bəhs edərkən 80 min avroluq əməkdaşlığı nəzərdə tuturdu: "Bu gün bəzi məsələləri AFFA rəhbərliyi adından çatdırdım. Klublar fərdi şəkildə statistik məlumatlar alırlar. Təbii ki, buna görə pul xərcləyirlər. Biz də Klublar Komitəsinin müraciətinə baxaraq, mərkəzləşdirilmiş system şəklində "InStat” şirkəti ilə danışıqlar apardıq. İllik 80 min avroluq müqavilə imzaladıq. Artıq bütün klublara statistik məlumatları bu şirkət göndərəcək. Əlavə xərcə də ehtiyac olmayacaq. Hesabımıza görə, hər klub statistik məlumatlar üçün ildə təxminən 12-14 min avro arası pul xərcləyir. Bu statistik fitness və skaut sisteminin məlumatlarını əldə etmək üçündü. 80 min avroya bütün milli komandalar da daxil olub. Bizim üçün ən əsası, Gənclər Liqasının bütün statistik məlumatları ilə məşqçilərimiz təmin olunacaqlar. Düşünürəm ki, Çempionlar Liqasında iştirak edəcək Gənclər Liqasının qalibi üçün də bu amil çox vacibdi”.


 

Kəsəsi, AFFA 80 min avro xərci boynuna götürməklə 8 klubun təqribən 100 minlik xərcini üzərinə çəkdi. Milli komandaların da eyni probleminin bu şəkildə həll ediləcəyini nəzərə alsaq, addım alqışlanmalıdı. Pərakəndə fəaliyyətdənsə, vahid bazanın – həm də daha ucuz qiymətə - formalaşması müsbət amildi. AFFA həmin pulu maliyyələşdirdiyi 5 kluba onsuz da fərdi şəkildə ödəyirdi. İndi isə tam paketdən hamı razı qalmalıdı. AFFA maddi cəhətdən heç nə itirmədi, əvəzində 2 illik müqavilə üçün təşəkkür qazandı.


 

Bu xəbəri nəzərə almasaq, komitənin saat yarımlıq müzakirələrində yeni heç nə ortaya çıxmadı. Bəli, Kamran Quliyevin dediyi kimi, müzakirələr maraqlı olub, fikir mübadiləsi aparılıb, lakin yekun qərara gəlinməyib. AFFA İcraiyyə Komitəsinin mayın ilk yarısında baş tutacaq iclasında müəyyən tövsiyyələrə toxunulacaq, amma klublar arasında da bu məsələlərdə fikir yekdilliyi olmadığından, təsdiqi çətin görünür.


 

Əvəzedici komandaların I divizionda iştiraklarının mümkünlüyü hələ də açıq qalır. Daha öncə Peşəkar Futbol Liqasının da gündəmə gətirdiyi təklifə görə, əvəzedicilər ləğv olunmalı, Premyer Liqa klubları könüllü surətdə aşağı dəstəyə kollektiv buraxmalıdı. Eyni zamanda 3 daha yüksək yaşa malik futbolçunun Gənclər Liqasında iştirak edən komandalarda oynamasına icazə verilməlidi. Bu, sözügedən liqada rəqabətin artmasına, inkişafa səbəb olmalıdı. Bu liqadan qitəmiqyaslı yarışlara təmsilçimiz yollandığından, üstəlik, bu futbolçuların növbəti dayanacağı əsas komanda olacağından müzakirə başadüşüləndi.


 

Uşaq liqalarında (U-10 – U-14) pley-off mərhələsində uduzan oyunçuların komandalarını dəyişmələri isə razılaşdırılıb. Güman ki, bu təkliflə İcraiyyə Komitəsinə müraciət olacaq. Mübarizəni dayandıran komandaların istedadlı üzvlərinin başqa komandalara yerləşdirilməsi ilk baxışdan müsbət məqamdı. Lakin iş ondadı ki, hətta icarə qaydasında olsa da, bu futbolçuların gedişi keçmiş komandaları ilə bağlılıqlarının pozulmasına səbəb olacaq. Ondansa AFFA reqlamenti dəyişsə və hamıya mövsüm boyu oynamaq imkanı yaratsa, daha yaxşı olar. Axı, qurumun qeydiyyatında 100 mndən çox (!!! futbolçu var…

 

"U-15 və yuxarı liqa oyunlarının birləşməsi” kimi qələmə verilən bənd, əslində, düzgün ifadə edilməyib. Burada söhbət liqaların birləşdirilməsindən getmir. Quliyevin açıqlamasından anlaşıldı ki, bu təklif sadəcə, liqalarda oyunların eyni günə salınması ilə bağlıdı. Deyək ki, X komanda həm 15, həm də 17 yaşlılarını matça eyni avtobusla aparıb-gətirmək və bu səbəbdən matçların eyni gündə keçirilməsini istəyir. Məqsədin xərclərin azaldılması olduğu deyilərkən də bu amil nəzərdə tutulur.


 

Bəlkə də xərclərə böyük ölçüdə təsir etməyəcək, amma buna imkan varsa, niyə də reallaşmasın? Komitədəki müzakirələrdən sonra da hamı razılığını bildirib və hələlik 2 liqada bunun sınanması, eksperiment aparılması lazımlı sayılıb. Tədbirə qatılan uşaq departamentinin nümayəndəsi ilə məsləhətləşmələrdən sonra mövcud infrastrukturun buna imkan verdiyi dəqiqləşib. Lakin yenə də dəqiqləşmə aparılacaq.


 

Açıqlanan tövsiyyə/qərarlar bundan ibarətdi. Və qeyd edək ki, buna görə bu səviyyədə görüşə lüzum yox idi. Belə məsələlər müxtəlif komitələrdə araşdırılmalıdı. Ondansa klub nümayəndələri çempionatın reqlamentini, rəqabəti artırmaq perspektivlərini müzakirə etsəydi, daha böyük iş görmüş olardılar.

 

 

Mənbə: Futbolinfo.az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X