21:58 07.05.2018 2108

Tərlan Əhmədovun gedişinə “like” - YAZI

Kamran Quliyevin sosial şəbəkədəki məlum "like”ı idarəçiyə yaraşmayan davranışdı. "Neftçi” kimi klubun prezidenti özünü ifşa edəcək qədər məsuliyyətsiz olmamalıdı.

 

Quliyevi danışdırsaz – təbii ki, onu uzun müddət tapmaq olmayacaq - , belə bir şeyin mümkün olmadığını, xəbərsiz olduğunu deyəcək. Amma təkziblərə inanmayın, həmin profilin sahibi həqiqətən Kamran bəydi. Daim izlədiyim üçün kiçik şübhəm yoxdu, inadırmağa, aldatmağa çalışmasın. Bəhanələrini də qəbul etmirəm.

 

Xatırladaq ki, "Neftçi”nin azarkeş səhifələrindən biri "Feysbuk”da "Tərlan Əhmədov getsin, ya qalsın” sualı ilə sorğu keçirib. Sorğuda iştirak edən Kamran Quliyev baş məşqçinin getməli olduğunu düşünür və bunu "getsin” cavabına səs verməklə göstərib. Prezidentin bu qədər sadə səhvlə özünü "tutdurması” təəssüf doğurur, lakin bu insan mətbuatda demədiyini bir "like” ilə büruzə verib.

 

Bu, peşəkar klubun prezidentinin qeyri-peşəkar, məsuliyyətsiz hərəkətidi. Mövsümün bitiminə 2 tur qalarkən və "Neftçi” Avropa Liqasına vəsiqəyə bu qədər yaxın ikən atılan bu addım komanda üzərində təzyiq yaradır. Lakin klub rəhbərliyi onsuz da bu təzyiqlərə hazırdı və məşqçiyə güvənmədiyindən futbolçu heyətinin idarəçiliyinə də özləri ciddi şəkildə qoşulub. Bu səbəbdən informasiyanın bakılıları relsdən çıxaracağını düşünmürük.

 

Quliyev bir neçə gün öncə "Tərlan Əhmədovun arxasındayıq” deməklə klubdaxili birliyə cəhd etmişdi. Düzdü, süni danışdığı hiss olunurdu, amma kollektivi yumruq kimi birləşdirmək üçün lazım olan davranışı sərgilədi. Nəticədə Əhmədov da "Qarabağ”ı yenməklə dəstəyə adekvat cavab verdi.

 

Lakin "like” olayı da göstərir ki, Kamran bəy məşqçinin hətta yanında da deyil, qarşısındadı. Sadəcə, mövsümü yola vermək və nəticədən asılı olmayaraq, məşqçiylə vidalaşmaq niyyətindədi. Bitən müqavilə heç bir halda uzadılmayacaq. Hətta Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin dəstəyi də yetərli olmayacaq və Əhmədov yayda başqa iş axtarmalı olacaq.

 

Tərlan bəy Quliyevin təmsil olunduğu qrupun kadrlarından deyil və onunla yola davam etmək mümkünsüzdü. Bu, bir məbəddə 2 fərqli dinə məxsus insanın ibadət etməsi kimi bir şeydi. Hazırda məbəd sahibi Kamran bəy olduğundan, məkandan ayrılmaq Əhmədovun alın yazısıdı.

 

Mətbuatda, sosial şəbəkələrdə Tərlan bəyin təbliğatı başlayıb. Onun "Neftçi”ni böhrandan çıxarıb, avrokubok zonasına salması tutarlı fakt kimi göstərilir. Həqiqətdi, nəticələr yaxşılaşıb, lakin bu, təkcə məşqçinin əməyidimi? Əsla! Sabit maliyyə, rəhbər dəyişikliyindən sonra klubdaxili ab-havanın qaydasına düşməsi uğurun başlıca sirridi. Çempionatdakı rəqabətsizlik fonunda bu amillər ən vacib detallardı.


 

Ölkədə ikinci ən böyük büdcəyə malik klub üçün indi 4-cü pillədə olmaq uğur sayıla bilməz. Və bu maliyyə də, Əhmədov da daha əvvəl də var idi. Lakin nəticə klubdakı islahatlardan sonra gəldi. Üstəlik, "Zirə”nin gözlənilməz çöküşü "Neftçi”ni ön plana çıxardı. Yoxsa ki Əhmədov büdcəsi 5 dəfə az olan Samir Abasovun komandası ilə də rəqabət apara bilmir.

 

Kuboku məhz məşqçi səhvləri üzündən əldən verən (bunu Əhmədov da etiraf edib – müəl.), Yuri Maksimovdan futbol dərsi alan komandanın çalışdırıcısı 4-cü pilləyə yüksəlməyi öz adına çıxmamalıdı. Uğurda müəyyən rolu var, lakin Tərlan bəy hələ "Neftçi” kimi klubun başında olmağa layiq biri deyil. Ramin Musayev əlini çəkən kimi onun hansı vəziyyətə düşdüyü gözümüz önündədi. İndi onun dəstəyi ilə nəsə qazanıbsa, bunu bacarığına bağlamasın.

 

Əhmədovun ən böyük mənfi cəhəti xarakteridi. Üzərində işləsə, bəlkə də yaxşı məşqçi olar, savadsız deyil. Ölkənin ən yaxşı futbolçularından, millinin kapitanı olub. Futbolda sıradan biri deyil, zəhmətkeşdi. Lakin məhz xarakteri onu gözdən salır.

 

Məlum, başucalığı gətirməyən Antalya gündəliyini açmayaq, təkcə qış transferlərində tutduğu mövqe onun kim olduğunu aydın göstərir. Postunda qalması naminə köhnə rəhbərliyin bütün əmrlərinə "baş üstə” dedi, hamisi Musayevə də arxa çevirdi. Lazımsız, səviyyəsizliyi göz önündə olan transferlərə razılıq verdi və indi onlar klubun büdcəsini yeməklə məşğuldular. Və bu futbolçuların komandanın nəticələrinin yaxşılaşmasında zərrə qədər də rolu yoxdur.


 

Tərlan bəy heyətdəki yerli oyunçuları itirməklə də kluba zərbə vurdu. İndi başqa komandalarda normal oynayan bir çox oyunçular Qomesdən, Qatodan, Kampasdan daha ucuz, daha səviyyəlidi. Və komandanı 4-cü yerə gətirənlərin heç biri onun transferləri deyil. Məşqçinin şəxsi istəyi ilə gətirilən İlkin Qırtımov, Rəşad Sadiqov, sabiq rəhbərliyin təkidi ilə yüksək maaşa heyətdə saxlanılan Elnur Cəfərov "Qarabağ”la matçda ehtiyatda oturmuşdu. Qomes, Kampas, Qato kimi…

 

Klubun akademiyası məhv edilib. Əvvəlki məşqçilər qovulub, Əhmədovun istədiyi məşqçilər gətirilib və burada vəziyyət faciəvidi. Təkcə əvəzedici komandanın 7-ci pillədə olması faktı hər şeyi deyir. Tərlan bəyin gətirdiyi sıradan, "Neftçi”yə layiq olmayan "mütəxəssislər”in yaratdığı xaos akademiyanı iflic vəziyyətinə salıb. Bu səbəbdən yayda bu sahədə çox ciddi islahatlar aparılacaq.

 

Bütün bu faktlar öz yerində, Əhmədov mətbuatla işləmək "bacarığı” ilə də özünü qovdurur. Klubdan müxtəlif informasiyalar sızdırılır, rəhbərliyin ona mane olması ilə bağlı məlumatlar mətbuata çıxır. Bəzilərini özü, bəzilərini şəxsi kanalları vasitəsi ilə çatdırır. Bu isə onun rəhbərliyə üsyan etməsinin nümunəsidi.

 

Ötən həftə "Neftçi”də klubdaxili iclas olması haqda xəbər yayıldı. Klubun idman direktoru Ceyhun Sultanov "Qarabağ”la keçiriləcək oyunöncəsi bütün futbolçuları yığıb iclas keçirmişdi. İnformasiya dəqiq idi. Bu, Sultanovun, ümumiyyətlə, rəhbərliyin ciddi səhvi idi, Əhmədova da əla bəhanə vermişdi. Tərlan bəy "Qarabağ”la oyunda uğurlu nəticəyə ümid etmədiyindən olayı ictimailəşdirdi, mətbuat konfransında da faktı təsdiqlədi.

 

Lakin zaman göstərdi ki, məhz bu iclasa ehtiyac var imiş. Və onun Əhmədovsuz təşkil edilməsi məşqçi ilə işbirliyinin davam etdirilməyəcəyinə işarədi. Tərlan bəy bu informasiyanı yaymaqdansa, gizlətməli, vacib matçöncəsi komandanı qorumalı idi. O isə fərqli yolu seçdi. Elə bu fakt rəhbərliklə onun arasındakı münasibətlərin qırılma nöqtəsidi. Hətta bürünc medallar da onu xilas etməyəcək.

 

Quliyev belə davranışdan sonra Əhmədovun gedişinə "like” qoymasın, neyləsin? "Neftçi"nin daha dürüst, daha səmimi, daha xarakterli, dedi-qodunu yox, peşəkarlığı ön planda tutan daha yaxşı məşqçiyə ehtiyacı var. 

 

 

Mənbə: futbolinfo


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X