10:09 15.05.2018 1639

KK-nın mənasız tövsiyyələri, İK-nın hər təklifə “hə” deməsi

AFFA İcraiyyə Komitəsi özünü təkzib edir. Qurum qəbul etdiyi qərarı ciddi səbəb olmadan 3-4 ay sonra dəyişməklə gülünc duruma düşür.
 
İK-nı bu vəziyyətə salan isə Klublar Komitəsidi. Qərar vermək hüququ olmayan, tövsiyyələri ilə məsləhətxana təsiri bağışlayan KK hər 2 qərarın verilməsində rol oynayıb.
 
Bir müddət öncə əvəzedici heyətlərin oyunlarının əsas komandalardan bir gün sonra oynanılması barədə qərar qəbul edilmişdi. KK bunu klub məşqçilərinin tələbi ilə reallaşdırmışdı. Dünyada analoqu olmayan bu yerdəyişmə onunla əsaslandırılırdı ki, əsas heyətə düşməyən futbolçuların formada qalması üçün belə lazımdı. Belə ki, dünən əsas komandayla matça çıxmayanlar ertəsi əvəzedicilərin düşərgəsində oyun praktikası qazanırdı.
 
Xatırlayırsızsa, futbolinfo.az bu barədə sorğu keçirmiş və məşqçilər bu dəyişikliyin müsbət tərəflərindən danışmışdı. KK rəhbərliyi isə klubların istəyini təmin etmələrindən fəxr hissi keçirirdi. Ötən həftə İK-nın iclasında bu qərar ləğv edildi, köhnə sistemə qayıdıldı. Lakin bu dəfə heç bir izahat verilmədi, sadəcə, qeyri-rəsmi şəkildə bildirildi ki, bunu da klub məşqçiləri istəyib.
 
Bir neçə klub məşqçisiylə bu barədə danışdıq. Onlar əvəzedicilərin hansı gün oynamasının ciddi önəm kəsb etmədiyini, hər iki variantın uyğun olduğunu bildirdilər. Yalnız "Zirə”nin baş məşqçisi Ayxan Abbasov əvəzedicilərin əsas komandadan sonra oynamasının yaxşı olduğunu bildirdi: "Hər iki variantın öz üstünlükləri var. Əvəzedicilər daha öncə oynayanda ehtiyat qüvvənin son durumuna baxa, oradan kimisə seçib götürə bilirik. Gənclərin inkişafı baxımından bu variant yaxşıdı. Amma əvəzedicilərin əsas komandadan sonra oynaması daha yaxşı idi. O zaman heyətə düşməyən futbolçularımıza oyun praktikası qazandırırdıq”.
 
İK Klublar Komitəsinin mənasız tövsiyyəsinə aldanaraq etdiyi səhvi düzəltdi. Məşqçilərin nə deməsindən asılı olmayaraq, əvəzedicilər əsas komandadan öncə oynamalıdı. Bütün dünyada belədi. Çünki bu komanda daha sonra oynayanda diqqətdən kənar qalır, əsas komandanın məşqçiləri onları izləmir. Bir gün öncə matç olanda isə futbolçular göz qabağında olur, hamısı əsas heyətə düşmək üçün can qoyur. Həm də bu komanda ehtiyat qüvvənin hazırlanması üçündü.
 
İstənilən halda, İK KK-dan, onlar da klublardan bu anormallığa görə hesabat istəməlidi. 3-4 ay içində nə oldu ki, arzular, tələblər belə dəyişdi? Bunun məntiqi izahı olmalıdı. Klublar Komitəsi tövsiyyə verəndə, İcraiyyə Komitəsi də qərar qəbul edəndə təklifin ciddiliyini yoxlamalıydı. Üzvlər müqəvva kimi əl qaldırmaqla özlərini gözdən salır, nüfuzlarını zədələyirlər. Bunu tüpürdüyünü yalamaq da saymaq olar.

Mənbə: futbolpress.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

Facebookdan bizi izləməyi unutmayın.
X