"Səbail", "Qəbələ" və "Zirə" medallarına qovuşdu - FOTO/VİDEO
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2017/18 mövsümünə bu gün yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu "Səbail” - "Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi reallaşıb. Belə ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və qurumun baş direktoru Məlik Həsənov "Səbail”ə kubok və qızıl medallar, "Qəbələ” və "Zirə”yə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim ediblər.