16:57 25.05.2018 2582

Samir Əliyev niyə istefaya göndərilib? - ŞOK TƏFƏRRÜAT

Premyer Liqada 201/18 mövsümü başa çatan kimi "Səbail" rəhbərliyi gözlənilmədən baş məşqçi Samir Əliyev və köməkçilərini istefaya göndərdi. Klub rəhbərliyinin heç bir səbəb göstərmədən atdığı bu addım heç də birmənalı qarşılanmayıb.

Kimlərsə bunun komandanın uğursuz çıxışı, mövsümü 7-ci pillədə bitirməsi ilə əlaqələndirə bilər. Amma heç bir iddiası və rəqibləri ilə müqayisədə böyük büdcəsi olmayan komandanın debüt mövsümündə 23 xal toplayaraq güclülər dəstəsindəki yerini qoruması elə mövsümün əvvəlində məşqçilər korpusunun qarşısına qoyduğu əsas hədəf idi ki, Samir Əliyev və köməkçiləri də bu vəzifənin öhdəsindən gəlib.

Bəs baş məşqçi mövsüm başa çatan kimi niyə postundan kənarlaşdırıldı? Bununla bağlı Fanat.Az-ın redaksiyasına maraqlı məlumatlar daxil olub. 

Məlumatlı mənbənin sözlərinə görə, buna səbəb danışılmış oyunlar olub. Belə ki, "Səbail" rəhbərliyi Samir Əliyevin danışılmış oyunlarda iştirakından şübhələnib. Konkret olaraq, baş məşqçinin komandanı XXVI turda "Zirə"yə qəsdən uduzdurduğunu ehtimal edilir. Həmin oyunda 1:0 hesablı qələbə qazanan qəsəbə təmsilçisi 2018-ci ildə ilk dəfə meydanı 3 xalla tərk etmişdi.

"Danışılmış oyun" dedikdə, matçın "Zirə"yə satılmasından və ya qumara qoyulmasından söhbət getmir. Samir Əliyev oyunu sadəcə rəqibə bağışlayıb. Kiçik bir araşdırma apardıq və məlum oldu ki, onun "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovla münasibətləri pisdi. Məhz onun başçılıq etdiyi "Neftçi"nin Avopa Liqasına vəsiqə qazanmaması üçün belə bir addım atdığı ehtimal olunur.

Fanat.Az-a məlumat verən mənbənin sözlərinə görə, klub rəhbərliyi bundan xəbər tutub və Samir Əliyevdən hesabat tələb ediblər. Bundan sonra isə ondan növbəti turda "Neftçi"yə də uduzmaq tələb olunub. Məhz bu qələbədən sonra "ağ-qaralar" üçüncü pilləni ələ keçirərək mövsümü bürünc medalla başa vurub.

İddialarla bağlı Samir Əliyevin münasibətini öyrənmək istəsək də, mütəxəssis hazırda ölkə xaricində olduğundan əlaqə saxlaya bilmədik.

"Səbail" rəhbərliyindən isə məsələyə münasibət bildirmək istəmədilər. Klub rəhbərliyi bu kimi məsələlərdə susmaqla, belə xəbərlərin artmasına, fəaliyyətlərinin şübhə altına düşməsinə səbəb olur.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X