"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir kii, bunlardan biri ötən mövsüm "Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədovdu.
Digər köməkçi-məşqçi isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdi. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidi.
Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol