Polşada yaşayan azərbaycanlı jurnalist Şövqi Musayevin oğlu Nihat Musazadə məşhur "Barselona” futbol klubunun 9 yaşlılardan ibarət komandasına qəbul olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Şövqi Musayev sosial şəbəkələrdə məlumat və video paylaşıb.
"Nihat "Barselona”nin 9 yaçlılardan ibarət takımına (FC Barcelona, Escola Varsovia) qəbul olundu. Testlərdən uğurla keçdi və məşqlərə başladı. Qarşıda təlim-məşq toplanışları və İspaniya yolçuluğu var. Tək ailəsinə deyil, milletimize xeyirli olsun! İnshallah, gün gələr, digər arzusuna catar, millimizin şərəfini qoruyar...”,-Ş.Musayev oğlu haqda bildirib
Şövqi Musayev uzun müddət Azərbaycan mətbuatında çalışıb. Hazırda Polşada yaşayır və iş adamı kmi fəaliyyət göstərir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol