
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, “Qarabağ” da bu gün sözügedən turnirdə matça çıxacaq.
Avropa Liqası ilə vidalaşaraq mübarizəni Konfrans Liqasında davam etdirəcək Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
Ukrayna təmsilçisi ilə ilk görüş Polşada baş tutacaq. “Motor Lyublin Arena”da keçiriləcək matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Tərəflər gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün güclüsü ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
6 avqust
21:00. Dinamo (Kiyev) – Qarabağ
Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skitte, Yakob Kelet (hamısı Danimarka).
Polşa. “Motor Lyublin Arena”.
"Dinamo": 71 Surkis, 5 Sych, 94 Kedziora, 32 Mıxavko, 44 Dubinçak (k), 6 Brajko, 15 Rubçinski, 39 Gerrero, 21 Lonveyk, 70 Reduşko, 11 Ponomarenko
Ehtiyat oyunçular: 35 Neşçeret, 43 Olxovıy, 7 Yarmolenko, 8 Pıxalyonok, 9 Voloşın, 10 Şaparenko, 18 Tımçik, 22 Kabayev, 29 Buyalski, 40 Bilovar, 66 Tiare, 99 Mounqenqe
“Qarabağ”: 99 Mateuş Koxalski, 44 Elvin Cəfərquliyev, 4 Bense Varkonyi, 2 Mateus Silva, 25 Cebrail Makretskis, 8 Marko Yankoviç, 35 Pedro Bikalyo, 29 Renaldo Sefas, 10 Abdullah Zubir (k), 7 Jali Muaddib, 21 Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1 Şahruddin Məhəmmədəliyev, 23 Martin Zlomisliç, 5 Bruno Lanqa, 9 Joni Montiel, 13 Bəhlul Mustafazadə, 20 Kadi Borges, 22 Musa Qurbanlı, 32 Hikmət Cəbrayılzadə, 49 Əli Bəşirov, 55 Bədavi Hüseynov, 88 Samuel Lobato