23:59 07.08.2018 1593

Qurban Qurbanov: "Hələ mübarizənin ilk hissəsi yekunlaşıb"

"Uduzmaq istəməzdik. Amma hələ mübarizənin ilk hissəsi yekunlaşıb. Qarşıda daha bir görüşümüz var. Ola bilsin, başlanğıcda həyəcan vardı. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Qarşıda daha maraqlı 90 dəqiqə bizi gözləyir”.

 

Fanat.Az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-yə 0:1 hesabıyla yenilən Ağdam təmsilçisinin çalışdırıcısı oyunsonrası mətbuat konfransında media mənsublarının sullarına da cavab verib.

 

- Dani Kintananın adı iştirak ərizəsində yox idi. Zədəsi bu qədər ciddidi?

- Bəli, məşqdə zədə alıb.

 

- İki fərqli hissi izlədik. Oyunu necə şərh edərdiz?

- Futbolda bəzən ilk, bəzən də ikinci hissədə çətin olur. Rəqib ilk hissədə hücumlar təşkil etdi və bundan da istifadə etdi. Hər bir komandanın öz oyun üslubu var. Çalışırdlar ki, bizə çətinlik yaratsınlar. Futbol səhvlər üzərində qurulub.

 

- BATE sizi təəcbüləndirmədi?

- BATE düşündüyüm kimi oynadı. İlk növbədə böyük təcrübəni gördük. Sürətli hücumları vardı. Bu gün ot örtüyü əvvəlkindən daha pis idi. Amma meydan hər iki komanda üçün eynidi. Biz meydanı bəhanə edə bilmərik.

 

- Avqustun 10-da Azərbaycan Premyer Liqasının I turunda "Zirə” ilə oyununuz var. Bu görüşün təxirə salınmasını istəyəcəksiz?

- Açığı, belə fikirim yox idi. Amma bu görüşdən sonra belə qərara gəldik. PFL və "Zirə”dən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar.


- 1:0 sürüşkən hesabdı. "Qarabağ” Belarusda vəziyyəti dəyişə bilər?

- Qrupa düşmək üçün qalib gəlməliyik. Səfərdə vurulan bir qol hər şeyi dəyişə bilər.


- Künc zərbələrini Rəşad Sadıqov yerinə yetirirdi. Bu, nə ilə bağlı idi?

- Keçən oyunda da Rəşadla Dani Kintana yerinə yetirirdi. Bəzi düşündüyümüz kombinasiyalar var idi.


- Səfərdəki görüşdə heyətdə dəyişikliklər edəcəksiz?

- Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcəyik.


- Cavab görüşündə qapını kimə həvalə edəcəksiz?

- İndidən heç nə deyə bilmərəm.


- Hücum xətti sizdə narahatlıq doğurmur?

- "Qarabağ” 10 ildir oynayır, həmişə də narahat edir. Çünki daim daha yaxşısını istəyirsən. Elə illər olub ki, bizim sağ və sol vingerlərimiz bombardir olub.


- Adətən, belə yenilgilərdən sonra əsəbi görünürsüz. Bu gün isə üzünüzdə təbəssüm var…

- Ola bilər. Bugünkü oyun, final fiti bunu tələb edir. Futbolçularla söhbətimiz oldu. Qarşıda hələ 90 dəqiqə var. Soyuqqanlı şəkildə cavab oyununa hazırlaşmalıyıq.

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:05

KL: "Neftçi" - "Dinamo Minsk" matçında ikinci hissə start götürdü - YENİLƏNİR

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

Facebookdan bizi izləməyi unutmayın.
X