"Zirə”nin futbolçusu İlkin Qırtımov cəzalı duruma düşüb.
Fanat.Az xəbər verir ki, müdafiəçi ötən gün Topaz Premyer Liqanın VII turu çərçivəsində "Qəbələ" ilə keçirilən oyunda 4-cü sarı vərəqəsini alıb. O, növbəti turun "Keşlə" ilə oyununu buraxacaq.
Qeyd edək ki, İlkin Qırtımov daha əvvəl "Sabah”, "Neftçi” və "Sumqayıt”la oyunlarda sarı vərəqə ilə cəzalandırılıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol