AFFA İntizam Komitəsi "Səbail"in ikinci komandasına texniki məğlubiyyət verib.
Fanat.Az xəbər verir ki, buna səbəb I divizionun VI turunun "Qarabağ-2" ilə oyununda "Səbail-2"nin heyətində protokolda adı qeyd olunmayan futbolçunun iştirak etməsi olub. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 800 manat cərimə olunub.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı.
İntizam Komitəsi "Neftçi-2” ilə oyunun 88-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulan "Şüvəlan”ın futbolçusu Əzəmət Ələkbərlini 1 oyunluq cəzalandırıb, klubu 20 manat cərimələyib.
"Kəpəz" 6, "Ağsu" və "Zirə-2" isə 4 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimə edilib.
Fanat.Az