Premyer Liqada yaranan fasilədən yararlanmaq niyyətində olan "Sumqayıt" və "Zirə" yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, qarşılaşma oktyabrın 13-də baş tutacaq. Matçın Sumqayıtda keçirilməsi gözlənilir.
Qeyd edək ki, "Sumqayıt” hazırda 10 xalla 4-cü, "Zirə” isə 4 xalla 7-cidi. Komandalar arasına VI turda baş tutmuş oyunda "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb - 1:0.
Fanat.Az