14:41 24.10.2018 1791

Bildirçinin bəyliyi - "Neftçi" rəhbərliyi

"Neftçi” boyda "ağsaqqal”a saqqalını futboldan başqa hər yerdə ağardanların yiyəlik eləməsi acı reallıqdı. Bəlli məsələdi, baş katib Elxan Məmmədov SOCAR-da gedən çəkişmələrdən sonra klubu kurasiyasına keçirib və öz əlaltılarını ora yerləşdirib.


Hə, klub prezidenti "kreslo”sunda əyləşən Kamran Quliyev AFFA-nın "vəzir”inin ən yaxın diskoteyka arxadaşı, soydaşı və belə desək, balaca qardaşıdı. Təbii, iş görmək bacarığına görə yox, Məmmədovun buyruq qulu olduğu üçün "ağ-qaralar”ın başqanı postundadı.


Elxan bəyin daha bir yetirməsinin - Riad Rəfiyevin "Sumqayıt”a prezident göndərilməsinin, başqa sözlə, Quliyev - Rəfiyev yerdəyişməsinin məğzi də bəllidi. "Vəzir” "Neftçi”nin məhz Quliyevin prezidentliyi dönəmində çempion olmasını arzulayır. Öz adamları işlədiyi vaxtda "ağ-qaralar” Premyer Liqanın qalibi adını qazansa, "ütülü oğlanlar” üçün yeni üfüqlər açılacaq.

 

Baş katibin UEFA-nın tövsiyyəsini əsas göstərərək Hakimlər Komitəsini və Hakim-İnspektorlar Komitəsini birləşdirməsi də vəziyyəti istədiyi şəklə salması anlamındadı. Avstriyalı sabiq FIFA referisi Frits Stuxlikin Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin edilməsi, Peşəkar Futbol Liqasının (PFL) "süni ofsayda salınması” inkişafa hesablanmış addıma bənzəyir. Əslində isə əncəbi Stuxlikin varlığı, yeni komitə, gurultulu iclaslar, Avropasayağı açıqlamalar formallıqdı. İndi oyunları idarə edən hakimlər birbaşa baş katibə tabedi və o istənilən Premyer Liqa matçının taleyini barmağının işarəsi ilə dəyişə bilər.

Həqiqətdən su içən məntiqə söykənsək, baş katibin 2018/19 mövsümündə "Neftçi”ni çempion etmək, öz adamlarının böyük missiyanı uğurla yerinə yetirdiyini ictimaiyyətə göstərmək şansı çox, lap çoxdu.


Mövsüm ərəfəsində sözügedən Bakı klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin mövsüm ərəfəsində sosial şəbəkədə yazdığı romantik çempionluq arzularını oxuyanlar yəqin, dəyərli yazarımızın ruhundakı inam fırtınasını duyub. Çingiz müəllimi qınamırıq, onu da inandırıblar, həvəsləndiriblər, yanında verilən vəddən danışıblar.


"Neftçi” rəhbərliyinin özlərinə yaxın mənbələrin köməyi ilə yaratmağa çalışdığı ab-hava da göz qabağındadı. Guya SOCAR-ın pulunu mümkün qədər qənaətlə xərcləyən idarəçilər düzgün yoldadı və uğurlu fəaliyyət Məmmədovun dəstəsini böyük zəfərlərə aparacaq. Futbol ictimaiyyətinə çatdırılan hər informasiyada "biz bura özümüzdən əvvəlkilər kimi büdcədən pul oğurlamağa gəlməmişik. Peşəkarıq, çalışqanıq! Ana məqsədimiz də ölünü diriltməkdi” fikrini yeritməyə cəhd edənlər peşəkarlığın P hərfindən xəbərsiz əlaltılardı. Büdcə də var, menecerlərlə əlbir oğurlanan pullar da, dəyərindən artıq məbləğə transfer olunan futbolçular da...


İndiki "Neftçi” rəhbərlik, məqsəd və heyət olaraq çempionluğu haqq etmir. Öncəki tura qədər davam edən liderlik isə sadəcə, BİLDİRÇİNİN BƏYLİYİ deyimi ilə xarakterizə olumalıdı. Ulu el məsəlində deyildiyi kimi, bildirçinin bəyliyi tarlada taxıl biçilənə qədərdi.

 

"Qəbələ”nin zəiflədiyi, "Qarabağ”ın başının Avropa macərasına bərk qarışdığı zaman kəsiyində "xox gəlməyə” nə var ki... Tarixinin ən zəif "Zirə”si, AFFA-nın "Səbail”i, "Keşlə”si, "Sumqayıt”ı ilə matçlarda xoruzlanmaq üçün indikindən dəfələrlə az, deyək ki, 1 milyon büdcə və prezident postunda istənilən sabiq kolxoz sədrinin əyləşməsi də bəs edər.

 

"Qəbələ” bircə matçda əvvəlki günlərinin şirin xəyalını xatırlatdı və Elxan Məmmədovun yetirmələrinin xalqa sırıdığı yalan nüvəsi görünənə qədər partladı. Son turda "qırmızı-qaralar”a 1:3 hesabıyla uduzan "Neftçi”nin qışdan sonra lider kürsüsündə öz gücünə qalacağına isə yalnız ən romantik fanatları inanar. Avroliqa sərgüzəştlərini yanvaradək yekunlaşdıracağı gözlənilən kral - "Qarabağ” obrazlı yanaşsaq, ovlağına qayıdacaq. Önünə çıxana 2-3 top vura-vura "taxt”ına doğru addımlayacaq. Potensialı ilə istəkləri üst-üstə düşməyənlər isə yenə "yuxarılar”ın ümidinə qalacaq. Stuxlikə verilməyən "sehrli çubuq” işə salınacaq, "Neftçi”nin hər oyunundan sonra hakim qərarları müzakirəyə çıxarılacaq. Əlbəttə, xalqın neftinin puluyla ayaqda qalan Bakı təmsilçisini müxtəlif yollarla turnir cədvəlinin zirvəsinə "dartacaqlar”. Amma səssiz-küysüz alınmayacaq.

  

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X