14:02 29.12.2018 1400

"Topaz"da ilin son oyunları: Qlazqo derbisi və başqaları

İlin son həftəsonu maraqlı futbol qarşılaşmaları ilə zəngindir. Söhbət əsasən İtaliya, İngiltərə və Şotlandiya çempionatlarının görüşlərindən gedir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" dekabrın  29-30-u müştərilərinə ümumilikdə 220 matç təklif edir. Bu oyunlardan 168-i bu gün, 52-si isə sabah keçiriləcək. 2 gün ərzində  24 qarşılaşmaya (19-u şənbə, 5-i bazar günü) "təkli", 70-dən artıq oyuna isə canlı mərc etmək olar. İlin son oyunları sırasında ən çox maraq doğuranlarını xüsusi qeyd edirik.

"Qlazqo Reyncers" -"Seltik" (kod 107, saat 16:30)

Şotlandiya premyer liqasının bir nömrəli qarşıdurması - Qlazqo derbisi bu dəfə Yeni il ərəfəsində oynanılacaq. Bu əzəli rəqiblərin 362-ci dueli olacaq. Bir neçə illik tənəzzül dövrünü arxada qoyan "Reyncers" əvvəlki nüfuzunu qaytarmaq üzrədir. Hazırda onlar əsas rəqibi "Seltik"dən 3 xal geri qalmaqla 2-ci pillədə qərarlaşıb. Bu axşam "Reyncers" qalib gələrsə, rəqiblərin xalı bərabərləşəcək. Bu amil derbinin əhəmiyyətini bir qədər də artırır. Maraqlıdır ki, "Seltik" 2012-ci ildən bu yana "Reyncers"ə uduzmur. Son 6 ildəki 15 derbinin yalnız üçündə heç-heçə qeydə alınıb, 12 görüşdə isə "Seltik" qalib gəlib. Görək, "Reyncers" 6 illik uğursuz sindroma bu gün son qoya biləcəkmi? Qlazqo derbisinə "Topaz"da həm canlı, həm də "təkli" mərc etmək olar. Əmsallar: "Qlazqo Reyncers"in qələbəsi 3.10, heç-heçə 2.95, "Seltik"in qələbəsi 1.95.

"Yuventus" - "Sampdoriya" (kod 141, saat 15:30)

İtaliya A seriyasının 19-cu turunun açılış matçında lider "Yuventus" "Sampdoriya"nı qəbul edəcək. Ötən tur mövsümdə 2-ci heç-heçəsini "Atalanta" ilə edən "Yuve" hələ də çempionatın yeganə məğlubiyyətsiz komandasıdır. 5-ci sırada yer alan Genuya klubu isə Çempionlar Liqasına vəsiqə verən ilk "dördlüy"ə düşməyə can atır. Son 7 matçda uduzmayan "Sampdoriya"nın lider qarşısında bu seriyanı davam etdirəcəyi çox çətin görünür. Turin səfərində son dəfə 5 il əvvəl qələbəyə sevinən genuyalılar bu gün eyni uğuru təkrarlasa, qələbəsinə mərc edənlərə xeyli qazandıracaq. "Topaz"ın bu oyun üçün təklif etdiyi əmsallar: "Yuventus"un qələbəsi 1.20, heç-heçə 4.95, "Sampdoriya"nın qələbəsi 10. 

"Liverpul"-"Arsenal" (kod 103, saat 21:30)

Premyer liqanın ən köklü klubları yenə qarşı-qarşıyadır. Bu tərəflərin 226-cı görüşü olacaq. İndiyədək keçirilən matçlardan 86-da "qırmızılar",  78-də isə "Arsenal" qalib gəlib. 61 dueldə qalib müəyyənləşməyib. "Topçular"  2015-ci ildən bu yana "Liverpul"a qalib gələ bilmir. Səfərdə isə sonuncu qələbə 6 il əvvəl qazanılıb. Tərəflərin "Enfild Roud"da baş tutan son 5 görüşünün hamısı "üst" bitib. Keçirdiyi son 7 matçın hamısında qalib gələn "Liverpul" hazırda ən yaxın izləyicisi "Mançester Siti"ni 6 xal qabaqlamaqla vahid liderdir. 5-ci sıradakı "Arsenal" çempionluq mübarizəsindən uzaq düşsə də, bu axşam meydanda güzəştsiz mübarizə gedəcəyinə kimsə şübhə etmir. "Topaz"da ilin son böyuk oyununa canlı və "təkli" mərc edə bilərsiz. Əmsallar: "Liverpul"un qələbəsi 1.40, heç-heçə 4.35, "Arsenal"ın qələbəsi 6.25.

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz. 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

Facebookdan bizi izləməyi unutmayın.
X