11:00 13.01.2019 2198

Riçard Almeyda: \"Daha sərfəli təklifim var idi, mən xoşbəxtliyi seçdim\"

"Astana” klubundan "Qarabağ”a qayıdan və hazırda Ağdam klubunun Türkiyənin Antalya bölgəsindəki təlim-məşq düşərgəsində olan Riçard Almeyda qayıdışı ilə bağlı sualları cavablandırıb.

- "Qarabağ”a qayıdışın haqda danışardın...
- Çox sevincliyəm. "Qarabağ” "Astana” ilə əlaqə saxlamışdı, həm birdəfəlik transfer, həm icarə ehtimalları var idi. İcarə variantı ortaya çıxanda klub çox səy göstərdi. Buna görə rəhbərliyə təşəkkür edirəm. Başqa təkliflərim də var idi. Məsələn, Cənubi Koreyadan daha sərfəli təklif almışdım, amma xoşbəxtliyi seçdim. Bundan əvvəl həm ailəm, həm özüm burda çox xoşbəxt hiss etmişdim. Həm də "Qarabağ”ın yeri mənim üçün başqadır. Ailə kimiyik. "Astana”da da özümü xoşbəxt hiss edirdim. Çox şey öyrəndim. Onlara da təşəkkür edirəm ki, məni buraxdılar. Çətin oldu, ancaq hər iki tərəf razılığa gələ bildi. "Qarabağ”a qayıtmaq variantı yarananda ailəmlə müzakirə etdik və hamı buna müsbət yanaşdı.

- Belə çıxır ki, "Astana”ya gedəndən sonra başa düşmüsən "Qarabağ”da nə qədər xoşbəxt olduğunu...
- Bir çox faktorlar var ki, qayıdışımda rol oynadı. Azərbaycanda həmişə özümü xoşbəxt hiss etmişəm. Millini də təmsil edirəm. Özümü azərbaycanlı kimi hiss edirəm. İdman prinsipi ilə baxanda "Astana”da istədiyim kimi olmadı hər şey. Bundan başqa, klub maddi cəhətdən çətinliklərlə üzləşib. Başqa bir futbolçunu da satdılar. Yenə təkrar edirəm, mən xoşbəxtliyi seçdim. Pulu üstün tutsaydım, Cənubi Koreyaya gedərdim.

- 1 illik icarə əsasında gəlmisən. Ümid edirsənmi ki, qayıtmazsan və "Qarabağ”da qalarsan?
- Hələ 1 il var. Ondan sonra "Astana” ilə müqavilənin bitməsinə 6 ay qalacaq. Bu məsələlərə qarışmıram. Agentim danışacaq. Görək, nə baş verir.

- "Qarabağ”dan gedəndə komanda çempion idi, indi ikinci sıradadı. Sənə yaxşı tanış olan Reynaldo da qayıdıb, özün də burdasan. Vəziyyəti düzəltmək mümkün olacaqmı?
- Desəm ki, hər şey bizdən asılıdır, digər komanda yoldaşlarıma hörmətsizlik etmiş olaram. Eyni zamanda, rəqiblərimizə də hörmətlə yanaşmalıyıq. "Neftçi”, "Qəbələ”, "Sabah” layiqli rəqiblərdir. Əlimizdən gələni edəcəyik ki, "Qarabağ”ı layiq olduğu yerə qaldıraq. Bəllidir ki, söhbət çempionluqdan gedir.

- Forman necədi?
- Braziliyada məşq edirdim. Fiziki olaraq yaxşı hiss edirəm. Sadəcə topla çalışmağa ehtiyac var.

Mənbə: Futbolpress.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

Facebookdan bizi izləməyi unutmayın.
X