Prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AZTV-nin sədri vəzifəsindən azad edilib.
Fanat.Az xəbər verir ki, xəbər verir ki, QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədova tapşırılıb.
Rövşən Məmmədov əvvəllər idman sahəsində də çalışıb. Bu barədə "Qafqazinfo" məlumat yayıb. O, AZTV və "İdman Azərbaycan"la yanaşı, ANS və "Lider" kanallarında fəaliyyət göstərib.
1979-cu ildə doğulan Rövşən Məmmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudu. Bakı Slavyan Universitetində müəllim olaraq da fəaliyyət göstərib.
Fanat.Az