08:42 31.07.2019 2188

"Sabah" Zaqreb "Dinamo"su ilə əməkdaşlığa başlayır - FOTOLAR

"Sabah” Xorvatiyanın "Dinamo” (Zaqreb) klubu ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 

Fanat.Az xəbər verir ki, müqaviləyə əsasən, "Sabah” Xorvatiyanın ən böyük futbol məktəbi olan "Dinamo” Futbol Akademiyasının təcrübəsindən bəhrələnəcək. 

Bu əməkdaşlıq "Sabah”ın bütün aşağı yaş qruplarında çıxış edən uşaqlara, həmçinin yerli məşqçilərə böyük imkanlar verəcək. Belə ki, azərbaycanlı məşqçilər "Dinamo” Futbol Akademiyasının mütəxəssisləri ilə birgə işləyərək, öz təcrübələrini artıracaqlar. Əməkdaşlıq çərçivəsində "Dinamo” Futbol Akademiyasından "Sabah”ın Futbol Məktəbinə koordinator və məşqçilər göndəriləcək, onlar akademiyada sistemin qurulması, oyun fəlsəfəsinin aşılanmasını təmin edəcəklər. 

"Dinamo”nun ev oyunlarını keçirdiyi "Maksimir” stadionunda gerçəkləşən tədbirdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, "Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov, klubun seleksiya qrupunun rəhbəri İlqar İsrafilov, "Dinamo” klubunun prezidenti Mirko Barişiç, idarə heyətinin sədri Vlatka Peras, idarə heyətinin üzvü Amra Peternal, futbol məktəbinin direktoru Damir Krznar və onun köməkçisi Andelko İvanjko iştirak edib. 

Tədbirdə iştirak edən Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov bunları deyib: "Xorvatiya futbolu dünyada çox məşhurdur və "Dinamo” ilə əməkdaşlıq Azərbaycan futboluna böyük töhfədir. Həmçinin qeyd etmək istərdim ki, Azərbaycan millisinin əvvəlki və indiki baş baş məşqçisi (Robert Prosineçki və Nikola Yurçeviç) Xorvatiya yığmasının sabiq üzvləridir”.

"Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov da əməkdaşlıq barədə fikirlərini bildirib. O, "Dinamo” kimi böyük tarixə malik klubla əməkdaşlığın çox xoş olduğunu bildirib: "Dinamo” kimi böyük klubla əməkdaşlıq bizim üçün çox xoşdur. Bu əməkdaşlıq Azərbaycan və Xorvatiya arasında yüksək diplomatik əlaqələrin nəticəsidir”.

"Dinamo”nun prezidenti Mirko Barişiç isə bu anlaşmanın təkcə iki klub arasında yox, həmçinin iki ölkə arasında əməkdaşlığın ilk addımları olduğunu qeyd edib: "Bu müqavilə nəinki iki klub arasında, həmçinin iki ölkə arasında əməkdaşlığın ilk addımlarıdır”.

Fanat.Az
 








Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2024
09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

11:56

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulacaq

11:22

İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi bilindi

11:09

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər - SON DURUM 

10:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:21

"Real" üçün bu oyunda çempionluq dəhlizi açılacaq, amma... 

09:56

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

09:00

Mbappe PSJ-dən gedişini şəxsən elan etdi

10 May 2024
22:10

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

21:45

Adil Şükürov "Neftçi"yə məğlubiyyəti şərh etdi

20:52

MPL: "Neftçi" "Kəpəz"ə rəhm etmədi 

20:28

"Amma bu, "Real"dır axı" - Tyerri Anri

19:42

"Real Madrid" Çempionlar Liqasını qazansa, "Borussiya"ya pul ödəyəcək

19:25

Mate Kvirkviya mükafatlandırıldı

19:00

"Barselona" bu iki oyunçu arasında seçim edəcək

18:20

Mourinyu peşmandır: "Belə fürsət olsa, qaçırmayacam"

17:50

Niderlandlı vinger Fransa nəhənginə qayıtmaq istəmir

17:31

"Çelsi" Osimhenin transferindən imtina etdi - SON DURUM

17:10

Elvin Avropa çempionu oldu

16:51

"Təəssüf ki, avtoqol bizi cəzalandırdı" - Leandro Paredes

16:33

Lunyov Rusiya mətbuatına açıqlama verdi - "Hər şeyin öz vaxtı var"

Facebookdan bizi izləməyi unutmayın.
X