"Neftçi"nin yeni transferi Vangelis Platellas təkcə yaşıl meydanlardakı çıxışı ilə tanınmır. 31 yaşlı hücumçu ölkəsində klipə çəkilməklə də diqqət çəkib.
Belə ki, o, Corc Livanisin oxuduğu "gəzirəm, içirəm, yatıram" mahnısına çəkilib. Platellas müğənninin dəvəti ilə mahnının klipində bir neçə saniyəlik görüntülənib. Klipin 1 dəqiqə 40 saniyəsindən sonrakı kadrda vinger bir qızın yanında hovuzda içkisini içməyə hazırlaşır.
Qeyd edək ki, klipin çəkilişi Platellas "Atromitos"da (2016-17) çıxış etdiyi dövrə təsadüf edib. (Matç.az)