15:37 28.01.2019 2542

2 MK, 1 KK, PFL və xərçəng xəstəliyi

Məlum məsələdi, danışmırlar. Ümumi abu-havanı korlamamaq üçün susurlar. Amma SOCAR rəhbərliyinə özünü şirin satmağı bacaran adam futbol təsərrüfatında tanrılıq eşqinə düşüb. Əlaltılarının təzim etdiyi bütün - Elxan Məmmədovun istəyi ilə AFFA-da yaradılan komitələrin vəziyyətinin nə yerdə olduğunu isə hamı bilir.

 

AFFA yanında Media Komitəsi - fiasko

 

Jurnalistlərin böyük qismini assosiasiyaya yığdılar, layihələrə görə pul verdilər, millinin oyunlarına səfərlər təşkil etdilər... Az keçməmiş komitədaxili çəkişmələr başladı. Media mənsublarının yarısı tələyə salındıqlarını anlayıb gec də olsa səhvlərini düzəltdilər. "Ayılanlar”ın atdığı addım "yatmağı” seçənləri də vəziyyətdən çıxartdı. Kağız üzərində futbol təsərrüfatını işğal siyasətinin böyük budaqlarından biri sındı... İndi Media Komitəsi fəaliyyətini dayandırıb. Nə xəbər var, nə ətər. Getdi gedərgəlməzə! Neftin pullarının hesabına idman mətbuatında haqq sözü deyənlərin "ağzını qıfıllamaq” planı şahmatdakı "detskiy mat”ı xatırladırdı. Zatən, belə də olmalıydı.


Məşqçilər Komitəsi - qara yumor


Öz gücünə, istedadına inanan çalışdırıcılardan heç biri Məmmədovun qılıncının altından keçməyi özünə sığışdırmazdı və sığışdırmadı. İctimai qınaq deyilən anlayış var. İşlədikləri dönəmdə yığdığı pullardan doymayanlar, qanad altına sığınmağı özünə ar bilməyənlər, aydın səhərlərin birində "tfu” deyib getməyə cəsarəti çatmayanlar yenə komitədədi. Baş katib barmağını sağa yelləyəndə sağa, sola yelləyəndə sola doğru hərəkət edirlər. Lazım olanda ictimaiyyətin fikrinin yayındırılması baxımından diplomatik təbəssümlü "xanədan mənsubu”na xidmət göstərir, aylıq əməkhaqqı alırlar. Təklikdə bir-birinin dalınca döşəyir, üz-üzə gələndə fərqli sima alırlar. Bu, ölkə futbolunun qara yumorudu. Başqa nə ad verəsən?


Klublar Komitəsi - rəzalət


Futbolun problemlərini çözmək əvəzinə PFL-in "vurulması” yolunda atılan addım idi. Fəqət bu gün klublar nəinki bu formal komitədən fayda görür, əksinə, hər toplanış zamanı mənasız yığıncağa göndərməyə adam axtarırlar. KK fəaliyyətə yeni başlayanda iddialı çempionat iştirakçıları toplantılarda azı vitse-prezident səviyyəsində təmsil olunurdusa, indi menecerlər itirdiyi vaxta heyfsilənə-heyfsilənə yığıncaqları başından edir. Sözügedən komitə nə PFL-ə rəqib ola bildi, nə də başqa işə yaradı. "Vəzir”in bu həmləsi də boşa çıxmış kimi bir şeydi.


PFL demişkən, bu yaxınlarda qurum nə dərəcədə faydalı işlər görə biləcəyini növbəti dəfə isbatladı. Antalyada ənənəvi təlim-məşq toplanışı düzənləyən klublarımızın yoxlama oyunlarını internet üzərindən yayımla Azərbaycanda futbolsuz qalan futbolsevərlərə təqdim etdi. Əslində qurumun prezidenti Ramin Musayevlə bir neçə işçisinin qardaş ölkəyə yollanması həmişəki qaydada çempionat iştirakçılarının ziyarətinə hesablanmışdı. Amma neftin puluyla maliyyələşən iki telekanalın cılızlığını özləri istəmədən üzə çıxardılar.

 

AzTv-nin və törəməsi "İdman Azərbaycan”ın klublardan samballı paralar qoparmamış bu yöndə nəsə etməyəcəyi əvvəldən bəlliydisə, Elxan Məmmədovun təşəbbüsü ilə yaradılan "CBC Sport” da nədənsə alqışalayiq addıma ehtiyac duymadı. Düzdü, yavaş-yavaş "İdman Azərbaycan”ın rəhbəri Elsevər Dünyamalıyevi xatırlatmağa başlayan "CBC Sport” başqanı Volkan Üst doğma yurduna baş çəkməkdəydi. Bir dünya avadanlıq aparıb cəmi 4 yoxlama görüşünü işıqlandırmaq hədəfi ilə Antalyaya yollanmışdılar. Üstün saytımıza verdiyi müsahibədə söylədiklərinə diqqət yetirək:


"Demək olar ki, bütün PTS-i söküb gətirmişik (gülür). Hə, çünki bu havada peykə də etibar etmədik. Bir səyyar peyk sistemimiz də var idi. Şimşək vurmasından çəkindik. Ona görə də açmadıq. Yaxşı ki, açmamışıq, çünki çox şimşək çaxdı. Dörd oyun planlaşdırmışdıq. Bunlardan "Qəbələ"nin "Fakel"lə oyunu təxirə salındı. Digər 3 matçı efirə verdik. Yanvarın 21-i Antalyaya gəlmişdik. Bu gün işləri yekunlaşdırdıq və sabah Bakıya dönürük. Bəzi oyunlara sadəcə baxdıq. Sağ olsun klub nümayəndələri, özlərinin çəkdikləri görüntüləri təqdim etmişdilər. Biz də xəbərlərdə istifadə etdik. Antalyaya niyə daha tez gəlmədik? Fevralda başlayacaq Çempionlar Liqası və Avropa Liqasına hazırlaşmalı idik. Müəyyən proflaktik tədbirlər görülməli idi. Çempionatda da fasilə olduğundan bu işləri gördük”.

 

Olduqca gülünc izahdı, deyilmi? Bir halda ki, oyunları böyük xərc çəkmədən, PFL-in apardığı, qıvraq avadanlıqlarla qənaətbəxş səviyyədə yayımlamaq mümkündü, belədə niyə "CBC Sport” PTS-i söküb şəllənməli və son nəticədə 2 oyun çəkərək sonuncuda da özünü biabır etməli idi? "Qarabağ” - "Şaxtyor” (1:3) matçını izləyənlər 10 dəqiqəyə yaxın kəsilmələrlə, çox yarıtmaz və həvəskar səviyyədə ortaya çıxarılan "məhsul”u gördü.

 

Yağlı əppək - ölkə çempionatı AzTV və "İdman Azərbaycan”ın acgöz rəhbərliyinin əlindən niyə alınıb, "CBC Sport” hansı hədəflə yaradılıb? Başa düşürük, telekanal birbaşa Məmmədovun mövqeyini müdafiə etməli, ən çətin anlarda ən önəmli xəbərlərin ictimaiyyətdən gizlədilməsinə yardımçı olmalı, baş verən hadisələrə "yuxarılar”ın strategiyasına uyğun don geyindirməlidi. Böyük Britaniya vətəndaşları deyilik ki… Azərbaycanın öz reallıqları var və nə yazıq ki, bu reallıqları nəzərə almadan başqa tələblərlə çıxış etməyimiz səhrada gül axtarmağa bənzəyər. Ancaq Volkan bəyin izahlarıyla kifayətlənmək üçün ya özünü axmaqlığa vurmalısan, ya da futbol təsərrüfatına yalnız yaxşı qazanc mənbəyi gözüylə baxanlarsayağı "cəhənnəm olsun hamısı, bu mənim işim deyil” düşüncəsiylə susmalısan. Ayıbdı, böyük ayıb. Avroliqa və Çempionlar Liqası matçlarını dünyanın onlarla "bərkgedən” telekanalından da izləmək olar. Əsəbsiz, kəsintisiz, senzurasız şərhlərdən zövq ala-ala… Həm də heç bir hava şəraitində ildırımı, şimşəyi günahlandırmağı ağıllarından keçirmədən işlərini peşakərlıqla görürlər. "CBC Sport” da əsas gücünü AL və ÇL-ə qoyursa, üstəlik Volkan bəy haqqı deyirmiş kimi, gülə-gülə səbəbləri sadalayırsa, bu layihə də oldu "fıs” çıxan komitələrin tayı.


"Vəzir” indi də Hakimlər və Hakim İnspektorlar Komitəsini birləşdirib, Frits Stuxlikə tapşırıb. Belə desək, PFL-in mühasirə üzüyünü bir qədər də daraldıb. Daha klubların çempionatdakı xətalar və qərəzlərlə bağlı şikayət edəcəyi yer qalmayıb. Rüşvətxorluğuna görə əvvəlki Hakimlər Komitəsindən uzaqlaşdırılmış sabiq hakimlər avstriyalı sədrin yanına şam kimi düzülüb.

 

Sizə kiçik qüvvə kimi görünməsin. Klublardan 10 min, 15 min aldığına görə qovulmuş digər simalar bir yana, orda "Kişmiş” restoranında "Neftçi”nin prezidenti Kamran Quliyevlə görüşməyə artıq imkan tapmış Elçin Məmmədov varsa, əmin olun, sular durulmayacaq. Bu insanın tək varlığı birləşdirilmiş komitələrin iç üzünün aşkara çıxmasına bəs edir.

 

Hakimlərin həmişəki kimi Türkiyəyə yox, bu qış Mingəçevirə yollanması da gözdən pərdə asmaq cəhdindən başqa bir şey deyildi. Gələn qış eyni qaydada Antalyanın yolunu tutsalar, kimsə təəcüblənməyəcək. Guya PFL-in nəzarətində olanda ədalət təmsilçilərinə görə əlavə pullar xərclənirmiş, indi Məmmədovun gətirdiyi cahanşümül yenilik sayəsində hər şey qaydasına düşüb. Stuxlik yerli qazanda nə bişdiyini bilməyən və burdan gedənə qədər bilməyəcək avropalıdı. Media Komitəsinə yığışanların, Klublar Komitəsinin toplantılarına söyə-söyə gedənlərin, PFl-in və şərəfli hakimlərin isə bircə varlıqdan qurtulması vacibdi : Azərbaycan futbolunun xərçəng xəstəliyindən – AFFA-nın baş katibi Elxan Məmmədovdan. Gəldiyi yerə qayıtsa, yavaş-yavaş hər şey düzələcək. Yaşayarıq, görərik.

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

Facebookdan bizi izləməyi unutmayın.
X