15:31 19.02.2019 1662

Ağ dumanın apardıqları

Sənan Abdullayev

Öncəmiydi, ya sonra? Bəlkə də son idi. Hər yer ağa bürünmüşdü. Qanadlanıb uçmağa hazır olanlar, gözləri görmədən irəli, yalnız irəli şığıyanlar... Nə idi bu? Ruhlar yerə enmişdi?

O gün sonuncu arzunu söyləmək imkanı verilmişdi sanki. Amma kimsənin özünü düşünmək vecinə deyildi. Hər şey xatirələrdə qalacaqdı.

Yox, son idi!

O ağ duman nələri aparmadı ki? Əvvəlcə "Neftçi"nin ruhu gözdən itdi. Sonra "Xəzər Lənkəran", ən sonda da Böyükağa Hacıyev!

Elə bu günlər idi. Düz 5 il əvvəl. "Xəzər Lənkəran" "Neftçi"ni qəbul edirdi. Oyunun son dəqiqəsində diqqətdən yayınıb "Xəzər"in ehtiyat oyunçular skamyasının yanında dayanıb bitməsini gözləyirdim ki, meydançaya daxil olub isti-isti müsahibələr alım. Qəribə bir hiss var idi. Duman o qədər qatı idi ki, sanki canlı baxdığım matça radiodan qulaq asırdım. Oyunu isə künc bayrağına yaxın azarkeşlər şərh edirdi. Onların səsi nəsə baş verdiyini hiss etdirirdi. Amma nə idisə, onu nə meydanın mərkəzinə qədər gələn "Xəzər"in qapıçısı Orxan Sadıqlı görürdü, nə də biz. Arada operatorum, "Sənan, oyunçuları hardan tapacağıq" deyə soruşaraq, ürəkdən bir güldü də.  

Qəfil stadion yeriməyə başladı... Elə bil qolun zəlzələsindən dalğa yarandı və yanımdakı hər kəsi "Neftçi"nin qapısına apardı. Gülə bilərsiz, amma o gün ordaydızsa gülünəcək yox, heyrət ediləcəkdi.

O, derbi idi.

Elə dünənki də. Bəxtdən dünən də baş hakim Rəhim Həsənov idi. Həsənovun bu xatirəsi yalnız bir həftəlik - Ştuxlikdən qiyməti alana qədər olar. Bir də 5 il əvvəli soruşun. Dumanın azacıq seyrəldiyi saniyələri belə əzbər deyər.
 
"Qarabağ"la "Qəbələ"nin oynadığı derbi deyildi. Heç ruhu da deyildi. "Səbail", "Sabah", "Zirə", "Keşlə"nin oynadıqlarında nə oyun, nə də ruh axtarın. O ruhlar göylərə çoxdan çəkiliblər. Onları Lənkərandakı arabaçının qələbə duaları, üzü mazutun içində olan neftçinin ürək döyüntüləri, Qarabağda döyüşənlərin, itirənlərin sızıltısını azacıq unutmaq arzusu buralarda saxlayırdı. 
Hə, bir də oyundan sonra "Qəbələ"nin kapitanı Cavid Hüseynov deyib ki, əvvəlki illərlə müqayisədə büdcəmiz kifayət qədər azalıb. Bu mübarizə əzmimizə mane olmur, amma təsirsiz də ötüşmür. "Qarabağ", "Qəbələ", derbi, büdcə...

90-cı illərin axırlarında siqaret rahat tapılmırdı. Xüsusən də məktəbli yaşda olanlar üçün zülm idi. Adətən biri bir siqaret yandıran kimi o birilər axırda onlara da saxlamasını istəyərdilər. Amma çox zaman bu saxlanılan hissə o qədər kiçik olurdu ki, kənardakılar "dırnağının iyi götürdü" aləmi deməklə acgözlük etdiyini çatdırırdılar. Bu derbini də 5 il əvvəl çəkmişdilər, indi dırnaq iyi gəlirdi.
  
O ağ duman nələri aparmadı ki?

Rekord.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X