12:23 22.02.2019 1344

Riad Rəfiyev: "Hakim səhvləri barədə..."

"Bu gün Hakimlər Komitəsinin sədri Frits Ştuxlik də iclasa qatılmışdı. Əsas məsələ hakimliklə bağlı idi. Bildiyiniz kimi, son vaxtlar bəzi klublarımız oyun qaydalarına görə yox, administrativ məsələlərə görə cərimələnib. Hakimlərin otağında çatışmayan ləvazimatlara görə cərimələr olub. Daha çox bu barədə söhbət oldu. Eyni zamanda ümumi hakimliklə bağlı müzakirələr oldu".


Matc.az saytının məlumatına görə, bunu "Sumqayıt" klubunun prezidenti, eyni zamanda bu gün keçirilən iclasda AFFA Klublar Komitəsinin sədri vəzifəsinə seçilən Riad Rəfiyev deyib. Yeni sədr daha sonra jurnalistlərin suallarını cavablandırıb.


 

- Ən xırda məsələlərə görə belə, cərimələr yazılıb. Məsələn, topdaşıyan uşaqların oyun zamanı topla artıq hərəkət etmələri və s. Bunları müzakirə etdinizmi?

- Bəli, əsas müzakirə mövzusu bunlar idi. Ən çox suallar bununla bağlı verildi.


 

- Bəs hakimlərin meydanda verdiyi qərarlar müzakirə olunmadı? Elə siz özünüz də son matçda narazı qalmışdınız...

- Mənim fikrim belədi ki, biz hakim yox, öz səhvlərimizə görə uduzmuşuq. Bugünkü iclasda hakim səhvləri barədə danışmadıq.


 

- Bu etirazlara Frits Ştuxlikin cavabı nə oldu?

- Bəzi məsələlərdə o da bizimlə razılaşdı. Qərara gəldik ki, klubların fikrincə, nə dəyişilməlidisə, bununla bağlı siyahı hazırlayıb Ştuxlikə göndərək.


 

- Klublar Komitəsinin sədri olacağınızı gözləyirdinizmi?

- Həmişəki kimi, səsvermə oldu və mən seçildim. Qərara gəldik ki, növbəti iclas martın 12-də keçirilsin.


 

- Qurum yeni yarananda hər ay yığışırdısa, son vaxtlar gec-gec bir araya gəlirsiniz. Sizin sədrliyiniz dövründə necə olacaq?

- Qeyd etdiyim kimi, növbəti iclasımız gələn aydı. Çalışacağıq ki, tez-tez görüşək, müxtəlif məsələləri müzakirə edək. Açıq məsələlər çoxdu və onları danışmaq lazımdı. Artıq mövsümün ən qızğın vaxtıdır. Bütün klubların başı oyunlara qarışıb. Amma yenə də imkan daxilində tez-tez görüşməyə çalışacağıq.


 

- Qurumun işini daha da canlandırmaq üçün hansı prioritetləri nəzərdə tutmusunuz?

- Əlimizdən gələni edəcəyik ki, daha da fəal olaq, Premyer Liqanın işindən daha da yaxından iştirak edək. Məsələlər çoxdu, onları danışmaq, imkan daxilində həll etmək lazımdı.


 

- CBC Sport yayım hüququna sahib çıxanda klublara ödənişin ediləcəyi qərara alınmışdı. Lakin ödəniş hələ də olunmayıb...

- Bu məsələyə növbəti iclasımızda baxılacaq. Bugünkü iclasda isə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə hakimlik məsələləri ilə bağlı danışdıq və sədr seçkisi keçirildi. Növbəti iclasda isə digər məsələlərlə bağlı danışacağıq.


 

- Qarşıdakı iclasda "Futbol+" qəzetinin yaşaması üçün hansısa addımın atılması nəzərdə tutulub?

- Çox gözəl fikirdi. Bununla bağlı şəxsən özüm növbəti iclasımızda məsələ qaldıracam. Mütləq bu barədə danışacaq və imkan daxilində qəzetə kömək etməyə çalışacağıq (matc.az).

 

 

Fanat.Az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

Facebookdan bizi izləməyi unutmayın.
X