15:07 28.02.2019 1771

Yankovi boyda səbəbkar

Kimsə getməliydi, getdi. "Sumqayıt” fiziki hazırlıq üzrə məşçisini yola saldı. Deyilənə görə qərarı baş məşqçi Ayxan Abbasov verib. Ukraynalı Sergey Yankovinin işinin öhdəsindən gələ bilmədiyini əsas gətirib və rəhbərlikdən onu qovmağı xahiş edib.


Əcnəbinin qurbanlıq quzu kimi "kəsilməsi” başadüşülən haldı. Ola bilsin ki, "Keşlə”yə 1:2 hesablı yenilgidən sonra özü istefa vermək istəyən Ayxan bəy nəyisə dəyişməyin komandanın xeyrinə olacağını düşünüb və ukraynalını yola saldırıb. Fəqət kənardan "Sumqayıt”ın fiziki problemlər yaşadığı əsla sezilmir. "Kimyaçılar”ın süqutunun ana səbəbini futbolçuların tez yorulmasında, oyun zamanı "çatdırmamasında” axtarmaq absurddu. Komanda qaçır, çalışır, rəqiblərinə çətin anlar yaşadır və son nəticədə adətən uduzur.


Yankovinin gedişinin nə vaxt rəsmən açıqlanacağını, yerinə kimin gətiriləcəyini bilmirəm. Bildiyim odur ki, bu addım doğrudan da nəticələrin bərbadlığına görə atılıbsa, həm Abbasov, həm də klubun menecer-prezidenti Riad Rəfiyev kələfin ucunu bu qərarla növbəti dəfə itirib. Vəziyyətdən çıxış yolu axtarmaq yaxşı haldı, yanlış cığırı seçmək isə ciddi bacarıqsızlıq əlamətidi.


Bəs turnir cədvəlinin son pilləsindən "sallaşan” "Sumqayıt”ın bu günlərə qalmasının günahkarı kimdi? Yalnız Abbasov? Əsla! Ayxan bəyin pis məşqçi olmadığını futboldan az da olsa, başı çıxan hər kəs bilir. Bir qədər emosianaldı, təcrübəsizdi, amma yerli çempionatda iddiası yüksək olmayan komandadan "bərk qoz” düzəltməyə qadirdi. Ən azı Abbasovun "Zirə”sini görmüşük... Təbii, baş məşqçinin uğursuzluqlarda müəyyən payı var. Tutaq ki, yetirmələrinin yanında hələ boss obrazı formalaşdıra bilməyib, hələ o avtoritetin sahibi deyil, kimlərsə onu eşitmir. Və ya hansısa matçda hansısa əvəzləməni gecikdirib, hesabda öndə olanda qoruya bilməyib və sair. Bunlar başadüşülən, sıradan mənzərədi.


Adətən belə anlarda başqanlar klubun komandasının köməyinə gəlir. Bir vədlə ruh yüksəkliyini bərpa edir, bir xudmani ziyafətlə ailə abu-havası formalaşdırır. Bir sözlə, camiəni başqanlara layiq tərzdə silkələyir, döyüş əhval-ruhiyyəsi yaradır. Hanı o başqan? Hardadı?


Rəfiyev prezident postunda sədaqətli kadr olduğu üçün əyləşməsəydi, onun yerində bu işin ağırlığını daşıya biləcək başqası olsaydı, "Sumqayıt” Premyer Liqanın autsayderi mövqeyindən miskin-miskin boylanmazdı. Transferləri özü edib, qışdakı dəyişiklikləri özü razılaşdırıb, Ayxan Abbasovla çalışmağa "yuxarılar”ın xeyir-duasını alandan sonra özü razılıq verib. Deməli, "kimyaçılar”ın 8-ci yerdəki rəsmini Rəfiyev öz fırçası ilə çəkib. İndi də səhvlərini düzəltməyə can atır. Mövsümün sonunda karyerasının ən ağır imtahanını verəcək. Nə yazıq ki, bu günədək "Sumqayıt”da gördüyü işləri qeyri-kafi qiymətləndirmək olar. Sonrasını yazın son ayında görəcəyik.

 

 

Nihat Ağasoy

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X