11:48 07.03.2019 2202

Lisenziyalaşdırma qrupunun rəhbəri: “ASK Arena standartlara cavab verir”

FİFA-nın tələbi, UEFA-nın tələbi, AFFA-nın tələbi kimi tələblər arasında var-gəl edən futbolumuzda baş itirməmək mümkün deyil. Hətta futbol idarəçilərimiz ictimaiyyətin tələblər arasında girinc qaldığını görüb, fürsətdən istifadə edərək, AFFA-nın tələbini ali futbol qurumlarının adına, FİFA və UEFA-nın da ... Əşi, mən də qarışdırdım.


Bir sözlə Əlinin papağın Vəlinin başına, Vəlininkini də Əlinin başına qoyurlar. Bizə bu müəmmalar yad deyil. Hələ yaxın keçmışəcən "əl topu, yoxsa top əli tapdı” mövzusuna illərimizi həsr edənlərik.


Mövzumuz da elə budu – tələblər, qaydalar nə deyir...


Son həftə gündəmdə olan "ASK Arena”nın ot örtüyünün bərbad vəziyyətdə olmasıdır. Qol.az saytı ot örtüyünün vəziyyəti ilə bağlı Ağasəlim Mircavadovun və vaxtı ilə "İnter”də (indiki "Keşlə”də) çalışmış, hazırda isə "Qəbələ”nin meneceri olan Səbuhi Səfiyarlının da fikirlərini öyrənmişdi. Fikirlərdən məlum oldu ki, örtük 2012-ci ildə qadınlar arasında dünya çempionatından əvvəl salınıb və istifadəyə tam yararsızdı. Hətta süni örtüklər sən demə, başqa ölkələrdə hər il də olmasa, iki-üç ildənbir dəyişdirilir. Bəs bizdə?


AFFA-nın baş katibi Elxan Məmmədov hər dəfə lizenziyalaşma ilə bağlı danışanda "UEFA-nın bu barədə ciddi tələbləri var və biz də bu tələblərə məsuliyyətlə yanaşırıq” deyir. Bəs mövsümün əvvəlində, klublar lisenziya üçün müraciət edəndə ancaq sənədlərə baxılır? Stadiona baxılmır, təftiş olunmur, bunun üçün hansısa standart yoxdu? Əlbətdə ki, var! Yenə girinc qaldıq. Mütəxəssilər, meydanda top qovanlar, məşqçilər düz deyir, yoxsa Lisenziyalaşdırma Qrupu?

 

Top əli tapdı, yoxsa əl topu?


Təbii ki, bu sualın ən doğru cavabını "futbolumuzun bir nömrəli lisenziyalaşma mütəxəssisi, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev bilər” deyə fikirləşdim.


Sərxan bəyin cavabını təqdim edim, sonra davam edək: "Bizim infrastruktur üzrə meyar var və Lisenziyalaşdırma Qrupunda o meyarın eksperti var. Həmin ekspert təqdim olunan stadionları yoxlayır və rəy verir. Minimum standartlar da var. Həmin standartlara cavab verən stadionlara da icazə verilir. "ASK arena” minumum standartlara cavab verdiyi üçün lisenziya verilib.”


Təbii ki, yenə suallar yaranır... Minimum standarta hansı kriteriyalar daxildi və sair və ilaxır. O sualların da cavabı tapılacaq, inanın. "Verilsin!” deyilibsə, verilmiş lisenziyaya don geyindiriləcək. Məlum olan odu ki, nə top əli tapıb, nə də əl topu. Futbol ictimaiyyəti topsuz oynayır. Top Elxan Məmmədovdadır. Kiminsə əlinə vurar, kiminsə qapısına atar, kiminsə də ayağına ötürər.

 

 

Topsuz oynadı: Əli Sahib

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

11:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

18:33

"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

18:01

Qapıçı Orxan Sadıqlının yeni iş yeri məlum oldu

17:43

"Baku Sportinq" daha iki oyunçusu ilə müqavilə yenilədi

17:22

Dünən "Xankəndi"dən ayrıldı, bu gün özünə yeni klub tapdı

17:03

"Onlarla ilkin razılığa gəlmişdik, amma..." - Qoleador hücumçu təsdiqlədi

16:44

ÇL: "Araz-Naxçıvan"ın əsas mərhələdəki rəqibləri bilindi

16:26

"Kəpəz" Şahverdiyevlə yollarını ayırdı - RƏSMİ

16:09

"İmişli"də yeni qapıçı - RƏSMİ

16:07

Zlatko Daliç millidən getdi - RƏSMİ

15:49

"Neftçi"nin əvəzedici komandasının qapıçısı elita klubunda

15:31

"Karvan-Yevlax" vidalaşdığı legioneri geri qaytarır

15:11

"Sabah"ın basketbol komandası ÇL-də son çempionla üz-üzə gələcək

14:53

"Səbail"dən ayrılan Voronsov bu kluba keçdi

14:36

Əvəzedicilər Liqasının reqlamentində dəyişiklik ediləcək - Çempionat nə vaxt başlayacaq?

14:14

Portuqaliyalı mərkəz müdafiəçisi Misli Premyer Liqasında çıxış edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X