20:15 10.03.2019 1759

"Mamadu belə olmasını istəməzdi"

"Oyun çox çətin keçdi. Rəqibin elə də üstünlüyü yox idi. Amma qol vurduqdan sonra onlara inam gəldi. İkinci hissədə istədiyimizi aldıq. Sevinirik ki, 3 xal qazandıq".

 

 

Fanat.Az-ın məlumatına görə, bunu "Neftçi"nin qapıçısı Səlahət Ağayev səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.


 

28 yaşlı qolkiper qapısından buraxdığı qol epizodunda müdafiəçi Mamadu Mbodjun səhvini yox, külək amilinin rolunu qabardıb: "Futbolda belə hallar olur. Külək amilini də nəzərə almalıyıq. Mamadu da belə olmasını istəməzdi. Mənə ötürmə vermək istəyirdi, top dayandı. Nəticədə rəqib oyunçu topu ələ keçirərək qol vurdu. Yanlışı da, doğrunu da bütün komanda edir. Əsas odu ki, 3 xal qazandıq".


 

Ağayev "Neftçi"nin vahid liderə çevrilməsinə baxmayaraq, indidən çempionluq barədə düşünməyin çox tez olduğunu vurğulayıb. O, Premyer Liqada qalan 8 qarşılaşmanın komandası üçün final ovqatında keçəcəyini diqqətə çatdırıb: "Hər bir qarşılaşmaya son oyun kimi çıxmalıyıq. Sonadək gözləyəcəyik".


 

"Flaqman"ın qapıçısı Azərbaycan millisinin martın 21-də səfərdə Xorvatiya ilə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə matçına və martın 25-də Bakıda Litva ilə yoldaşlıq görüşünə dəvət almasının yeni baş məşqçi Nikola Yurçeviçdən asılı olduğunu açıqlayıb: "Hər bir futbolçu istəyər ki, millidə oynasın. Baş məşqçi Nikola Yurçeviç yenidi. Dəvət göndərsə də, göndərməsə də, sağ olsun. Hər şey baş məşqçinin ixtiyarındadı".

 

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:48

MPL: "Sabah"dan 5-ci qol - YENİLƏNİR

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

Facebookdan bizi izləməyi unutmayın.
X