10:53 25.03.2019 1857

Samir Abasov AFFA-ya "ilişdi": "Yurçeviçə İsmayıl Fofananı təklif edirəm"

"Maraqlı və yaxşı oyun alındı. Hər iki hissədə fərqli heyətlə mübarizə apardıq. Əfsuslar olsun ki, 2-3 futbolçumuz zədəlidir. Amma uzun müddət oynamayan oyunçuları bu gün meydanda gördük”.

Bunu "Zirə”nin baş məşqçisi Samir Abasov "Qarabağ”a 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. 41 yaşlı mütəxəssis komandasından razı qaldığını ifadə edib: "Rəqib də yaxşı və güclü komandadır. Düşündük ki, oynamayan uşaqların meydanda olmaları bizim üçün siqnal olar. Gələcək matçlarda necə hazırlıqlı olmaları bu cür oyunlarda bilinir. Hamısından razı qaldım. İlk hissədəki futbolçuların çempionatda oynamaq şansları azaldığı elə bu görüşdə sezilirdi. Ümumi kollektivdən geri qaldılar. Ancaq pis deyil, hərəkətli oyun gördük”.

"Zirə” martın 30-da XXII tur çərçivəsində "Səbail”i qəbul edəcək. Baş məşqçi son matçların komandası üçün həlledici xarakter daşıdığını bildirib: "Artıq mövsümün başa çatmasına 7 tur qalıb, bu da çox deyil. Bu dövrədə xallar itirmək baha başa gələ bilər. Çox oyunumuz qalmayıb ki, xal itirsək, növbəti görüşləri düşünək. Bu da böyük problemlər yarada bilər. Ona görə də xal itirmək istəmirik və uğurlu oyunları davam etdirmək niyyətindəyik. Düzdür, oyun çətin keçəcək. Rəqib 3-cü yerdə qərarlaşıb, həddindən artıq çətin olacaq. Baxmayaraq ki, "Səbail”i evdə qəbul edəcəyik. Son 7 oyun ölüm-dirim xarakterli olacaq. Çalışcağıq ki, oyunlarda uduzmayaq. "Zirə”nin ilk "dördlüy”ə düşmək şansı var, itməyib. Uduzmadan getsək, inanıram ki, buna nail olacağıq”.

Abasov "Səbail” məşhur futbolçu Maykl Essyeni heyətinə qatmasına da münasibət bildirib: "Mən bu cür transferlərin tərəfdarıyam. Buna görə də "Səbail”ə təşəkkür etmək lazımdır. Futbolumuzu, çempionatımızı tanıtdırmaq baxımından yaxşı addımdır. 10 nəfər azarkeş gələcəksə, bu da "Səbail”in payına təşəkkür kimi yazılmalıdır. Klublarımzın imkanı düşdükcə, belə addım atmaları doğrudur”.

Gənc mütəxəssis Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu oyundan da danışıb: "Bildiyimə görə, federasiya yığmadan razı qalıb. Nəsə demək çox çətindir. Görünən o ki, bütün futbolçular bacardığını deməyək, bütün güclərini meydanda qoyurdular. Nazarovla Mahir Mədətovun işləmələri, müdafiəyə kömək etmələri, bu qədər çalışmaqları ürəkaçan idi. Zatən bilirdik ki, xorvatlara qarşı başqa cür oynaya bilmərik. Oyundan sonra futbolçuların müsahibələrini oxudum. Özləri inanırlar ki, yaxşı və düzgün yoldadılar. Əsas odur ki, buna inanırlar”.

Samir bəy matçdan sonra azarkeşlər tərəfindən tənqid olunan Mədətovla Nazarovun adlarını ironiya ilə qeyd etmədiyini vurğulayıb: "Məşqçinin onlardan nə tələb etdiyini bilmirəm. Robert Prosineçki və Qurban Qurbanovun dönəmində futbolçulardan nə tələb olunduğu bəlli idi. Yurçeviçin ilk oyunu idi və onun istədiklərini demək çətindir. Burda rəqib də çox önəmli idi. Xorvatiya kimi komanda sən nə etmək istəsən də, müdafiədə oturmağa məcbur edəcək. Mahirlə Dimanın işgüzarlığını vurğulamaq istəyirəm, onların adlarını ironiya ilə çəkmədim. Müdafiəyə də kömək edirdilər və bu da onlara xas deyildi. Yəqin baş məşqçiyə özlərini göstərmək istəyirdilər. Yerlərini möhkəmlətmək üçün çalışırdılar və bu da yaxşı haldır. İroniya ilə fikir bildirmədim. Xorvatiya ilə oyunda ən yaxşı kim idi? Kimisə vurğulamaq çox çətin məsələdir. Məncə, ən yaxşı Ramil Şeydayev idi”.

Millinin baş məşqçisi Nikola Yurçeviç Litva ilə bu gün keçiriləcək oyundan öncə açıq məşq zamanı jurnalistlərdən yığmaya futbolçu təklif etmələrini istəyib. "Zirə”nin baş məşqçisi "Bəs siz Yurçeviçə kimi təklif edə bilərsiniz” sualına belə cavab verib: "Mən ona İsmayıl Fofananı ("Zirə”nin Kot dİvuardan olan hücumçusunu nəzərdə tutur – red.) təklif edirəm. Ən azından İsmayıl da Azərbaycan adıdır”. (Report.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X