2019/20 mövsümü üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-dən etibarən Ankaranın Kızılcahamam bölgəsində yerləşən komanda Türkiyə hazırlığını bu gün səhər saatlarında keçirdiyi bərpa məşqi ilə yekunlaşdırıb.
Qeyd edək ki, "Sumqayıt" bu gecə saat 23:40-da paytaxt Ankaradan Bakıya yola düşəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 2 günlük istirahətin ardından 5 avqust tarixində Sumqayıtda çempionatın birinci turu üçün hazırlıqları bərpa edəcək. Hazırda Premyer Liqa təmsilçilərindən "Keşlə", "Zirə" və "Sabah" Türkiyədə toplanışdadır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol