13:24 15.08.2019 1383

"Zirə": Premyer Liqada 5-ci start

Avqustun ikinci yarısında Premyer Liqanın 2019-20 mövsümünə start veriləcək. 

Fanat.Az xəbər verir ki, "Zirə” yeni mövsümün ilk turunda "Səbail”lə qarşılaşacaq.

28-ci Azərbaycan çempionatına səfərdə başlayacaq "Zirə" yüksək dəstədə 5-ci mövsümünə başlayacaq. Komanda 2015-ci ildə debüt etdiyi Premyer Liqada 4 mövsümü arxada qoyub. Bir dəfə vitse-çempion olan "Zirə” iki dəfə 4-cü, bir dəfə 5-ci yeri tutub.

Qəsəbə təmsilçisi arxada qalan mövsümlərdə 120 görüşə çıxıb. Hesabında 47 qələbə və 35 heç-heçə olan komanda 38 dəfə meydandan xalsız ayrılıb. Rəqib qapısına 134 qol vuran zirəlilər 124 top buraxıb. Nəticəsi ləğv olunan, bu səbəbdən də texniki qələbə və texniki məğlubiyyətlə yekunlaşan görüşlər top fərqində nəzərə alınmayıb.

2015/16 - 36 17 11 8 42-31 62. II yer
2016/17 - 28 10 9 9 26-26 39. IV yer
2017/18 - 28 12 8 8 36-30 44. IV yer
2018/19 - 28 8 7 13 30-37 31. V yer
Cəmi - 120 47 35 38 134-124 176 -

"Zirə” Premyer Liqada keçirdiyi oyunların 60-da ev sahibi, 60-da qonaq olub. Öz meydanında daha uğurla çıxış edən "qartallar” doğma divarlar arasında 29 qələbə qazanıb, 16 heç-heçə edib və 15 dəfə uduzub. 18 səfər qarşılaşmasında üç xala sevinən komanda 19 dəfə bərabərliklə kifayətlənibsə, 23 dəfə xalsız qalıb.

Evdə - 60 29 16 15 76-66 103
Səfərdə - 60 18 19 23 58-58 73
 
İndiyədək 72 futbolçu "Zirə”nin heyətində Premyer Liqa oyununa çıxıb. Qəsəbə klubunun rekordçusu Adil Nağıyevin hesabında 83 matç var. O, Viktor İqbekoyi və Anar Nəzirovu iki oyun qabaqlayır.

Komandanın vurduğu 134 qoldan 5-nə rəqib avtoqolları səbəb olub. Digər 129 topa isə 34 oyunçu imza atıb. Premyer Liqadakı ən məhsuldar oyunçu Nelson Bonilya 14, Riçard Qadze 10, Milan Duriç və Xulio Sezar Rodriges 8 dəfə fərqlənib.

Premyer Liqada "Zirə”yə üç baş məşqçi rəhbərlik edib. Adil Şükürov 50, Ayxan Abbasov 43 dəfə komandanı meydana çıxarıbsa, indiki çalışdırıcı Samir Abasov 27 dəfə kluba başçılıq edib.

Fanat.Az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X