11:16 31.10.2019 1455

Tovuzda uşaq futboluna xidmət edən layihə - VİDEO

AFFA-nın başlatdığı "Məktəblərdə futbol dərsləri" layihəsinə Elxan Məmmədov adına Tovuz şəhər tam orta məktəbində 55 şagird cəlb olunub. 

Bu barədə "Report"un Qərb bürosuna açıqlamasında məktəbin futbol müəllimi Mahir Tağıyev deyib. M.Tağıyev bildirib ki, V, VI və VII siniflərdə oxuyan şagirdlərdən 30-u qız, 25-i oğlandır. O, yaradılan şəraitdən razılıq ifadə edib: "Bizim üçün hər cür şərait yaradılıb, idman forması, top və məşqlərin keçirilməsi üçün lazımı ləvazimatlarla təmin edilmişik. Həftədə 3 dəfə - 1-ci, 3-cü və 5-ci gün olmaqla 1 dərs saatı məşqlər keçirilir. Şagirdlər çox həvəslə məşqlərə gəlir və aktiv iştirak edirlər. Bu cür layihə üçün AFFA-ya böyük minnətdarlığımızı bildiririk".



Ötən həftə məktəbə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə də baş çəkib. O, "Report”a bildirib ki, layihəyə cəlb olunan məktəblərin sayı ildən-ilə artır: "Hər sinfin həftədə 2 saat olan idman dərsindən 1 saatı futbola həsr olunur. Bunu etməkdə məqsədimiz odur ki, orta məktəblərdə şagirdlərin futbola həvəsi qismən də olsa, artsın, sağlam həyat tərzi keçirsinlər, pis vərdişlərdən uzaq olsunlar. Sözsüz ki, bu uşaqların içərisində istedadlıları olarsa, onlar fəaliyyətlərini daha sonra peşəkar komandalarda davam etdirəcəklər". 

C.Həsənzadənin sözlərinə görə, bu məqsədə çatmaları üçün məktəbləri forma, top və məşq üçün lazımı digər ləvazimatlarla təmin edirlər. Eyni zamanda məktəblərdə idman müəllimləri üçün seminarlar təşkil olunur, onlara əlavə tədris vəsaiti verilir ki, sağlam məşqlər keçirilsin. Layihənin sonunda, hər mövsüm olduğu kimi, birincilik keçirilir. Layihə Azərbaycan üzrə 45 məktəbi əhatə edir. Onlardan 20-si Bakıda, digərləri Gəncə, Masallı, Qax, Şəki, İsmayıllı və s. rayonlardadır. Yəni, son olaraq regiondakı məktəblər arasında yarış olur və qalibi Bakıdakı ümumi final yarışına dəvət edilir. 



Departament rəhbəri belə layihələrin orta məktəb müdiriyyəti və şagirdlər tərəfindən də çox yaxşı qarşılandığını vurğulayıb: "Təəssüf ki, bəzi məktəblərdə idman dərsləri zamanı futbol oynamırlar. Hərçənd, bunun təşkili çox asan başa gəlir. Yəni, 1 top olsa, bəs edir. Layihə çərçivəsində bu boşluğu aradan qaldırmaq istəyirik. Artıq şagirdlər böyük həvəslə idman dərsinə gəlirlər. Davamlı olduğu halda, düşünürəm ki, biz bir neçə ildən sonra bu şagirdlər arasından keyfiyyətli futbolçuların yetişdiyini görəcəyik". 


Qeyd edək ki, 2009-cu il oktyabrın 12-də Bakının Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində "Məktəblərdə futbol dərsi” layihəsinə start verilib. Layihəyə Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq başlanılıb. UEFA-nın pilot layihəsinə 2017-ci ildə AFFA baş sponsor SOCAR da daxil olmaqla, digər mənbələrdən gələn vəsaitin 77,396 manatını sərf edib. 2018-ci ildə isə bu məbləğ 2 dəfədən çox artaraq 169,307 manat təşkil edib. Ötən il layihədə 2925-i oğlan, 2365-i qız olmaqla, 5290 şagird iştirak edib.



UEFA İcraiyyə Komitəsinin ötən ay Sloveniyanın paytaxtı Lyublyanadakı iclasında qəbul olunan qərara əsasən, "Məktəblərdə futbol dərsləri" 2020 - 2024-cü illərdə Avropa futbol qurumuna üz olan bütün ölkələrdə tətbiq olunacaq. Üstəlik, futbolun kütləviləşdirilməsinə xidmət edən layihə üçün UEFA-ya üzv olan 55 milli assosiasiyaya 4 il ərzində hər il 50 min avroya qədər vəsait ayrılacaq.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2026
09:00

UEFA reytinqi: Azərbaycan neçəncidir?

01:43

KL: "Tvente" darmadağına sevindi

01:18

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

01:01

Murad Məmmədov Avstriya nəhənginə qarşı oynadı, komandası isə...

06 Avqust 2026
23:54

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

23:24

Komandası heç-heçəyə razılaşdı, Mahir isə...

23:09

Azərbaycan millisi Göygöldəki təlim-məşq toplanışını başa vurdu

22:56

KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

22:19

“Atletiko” Romeronu transfer etmək istəyir

21:34

"Kəpəz" Gəncədə "Karvan-Yevlax"ı məğlub etdi

21:18

"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

20:56

“Real Madrid”in alternativ planı

20:01

Slavik Alxasovun yeni klubu bilindi

19:47

Cənubi Koreya Futbol Assosiasiyasında polis əməliyyatı

19:08

Yan Diomande "Real Madrid"də - RƏSMİ

18:34

AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib

18:08

AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib

17:42

Komandaya istirahət verən Tsxadadze daha 2 legionerin yolunu gözləyir

17:24

"Trabzonspor" Salahın transferini və keçidin maliyyə detallarını açıqladı

17:06

Turan Manafovun aqibəti necə olacaq? - SON DURUM

16:48

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə səfər matçında yüzlərlə azərbaycanlı dəstəkləyəcək

16:29

"Sabah" - "Orhus" oyununa neçə bilet satıldığı bilindi

16:11

"Sabahın Ulduzları" - Bir qucaq ümid

15:53

Dambrauskas heyətə 1 gün istirahət verdi

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Everton" "Arsenal"ın yarımmüdafiəçisini aldı - Bu qiymətə

14:50

"Turan Tovuz" sabiq "Konyaspor"lunun keçidini rəsmən açıqladı

14:46

"Bu mərhələdə səhv etmək olmaz" - Ağasəlim Mircavadov "Qarabağ"a inanır

14:14

"Araz-Naxçıvan" futbolçusu ilə yollarını ayırdı

14:07

“Qarabağ” Akademiyasında yeni təyinatlar bilindi

13:49

Leau ilə anlaşan "Qalatasaray" indi də bu futbolçunu istəyir

13:31

Samir Əliyev "Qarabağ" - "Dinamo" mübarizəsindən nə gözləyir?

13:12

Cəfərov Avropa Liqasına təyinat aldı

12:55

"Barselona" Rodrini "Real"a keçmək fikrindən daşındırdı - SON DURUM

12:37

Qavi dünya çempionatında verdiyi sözü tutdu - FOTO

12:19

"Sabah" bu cütün qalibi ola bilər" - Aslan Kərimov

12:00

“Qarabağ” - “Dinamo Kiyev” oyununun biletləri satışa çıxarıldı

11:42

KL: Polşada azərbaycanlıların sınaq günü - "Qarabağ" ukraynalılara, Mahir Emreli isveçlilərə qarşı

11:23

Messi qollarının sayını artırdı

11:04

Premyer Liqa klubu 2 futbolçusunu əvəzedici heyətə göndərdi

Facebookdan bizi izləməyi unutmayın.
X