18:29 29.12.2019 2061

"Qəbələ"də ilin 12 hadisəsi

Son günlərini yaşadığımız 2019-cu ildə "Qəbələ” İdman Klubunun futbol komandaları yaşıl meydanlarda, digər növlər üzrə təmsilçiləri müxtəlif yarışlarda qüvvəsini sınayıb.

İdmançılar bu ili də bir sıra nailiyyətlərlə yekunlaşdırıblar. "Qırmızı-qaralar” komanda və fərdi yarışlardakı uğurları ilə azarkeşlərinə sevinc bəxş ediblər. "Qəbələ” kubunun rəsmi saytı 2019-cu ilin ən yaddaqalan 12 məqamını təqdim edib:

1. İlk kubok

"Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub. Ümumilikdə 4-cü, ardıcıl 3-cü dəfə finalda oynayan "qırmızı-qaralar” mayın 19-da mükafata yiyələnib. Komandamız Naxçıvanda baş tutan həlledici görüşdə "Sumqayıt”la qarşılaşıb. Stiven Monrozun 3-cü dəqiqədəki erkən qolu matçın taleyini həll edib. 1:0 hesabı ilə qalib gələn komandamız tarixində ilk dəfə ölkə kubokuna yiyələnib. Bu, klub tarixində 2006-cı ilin yayında I dəstənin qalibi kimi Premyer Liqaya yüksəldikdən sonra ilk tituldur.

 2. "Qəbələ”dən iki çempionluq

"Qəbələ” Futbol Akademiyasının komandalarının ölkə çempionatlarındakı uğurlu çıxışları 2019-cu ildə də davam edib. AFFA-nın təşkilatçılığı ilə baş tutan liqaların 2018/19 mövsümündə təmsilçilərimiz 6 mükafata yiyələnib. U-19 və U-16 çempion adına sahib çıxıb. Bu, Gənclər Liqasında çıxış edən 19 yaşadək futbolçulardan ibarət komandanın ardıcıl 2-ci, ümumilikdə 4-cü uğuru olub. U-16 Liqasında isə "Qəbələ”nin hegemonluğu aşkardır. Bu turnirdə "qırmızı-qaralar” ardıcıl 4-cü, ümumilikdə 6-cı dəfə qızıl medala yiyələnib. U-17 ilə U-15 mövsümü gümüş mükafatla yekunlaşdırıb. U-14-lə U-12-nin qazancı isə bürünc medal olub.

3. Minsk-2019-da iki medal

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında "Qəbələ”nin idmançıları da uğurla çıxış edib. Təmsilçilərimiz Azərbaycan yığmasının hesabına 1 qızıl və 1 gümüş medal yazdırıblar. Boksçu Alfonso Dominqes (81 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycana çempionu kimi qayıdıb. O, həm də Avropa çempionatı statusu daşıyan yarışın da qalibi sayılıb. Karateçi Rafael Ağayev (75 kq) də növbəti medalını Minskdə qazanıb. Finala qədər bütün rəqiblərinə qalib gələn idmançımız yalnız həlledici görüşdə uduzaraq gümüş mükafata sahib çıxıb.

4. Yenə Gənclər Liqasında

"Qəbələ”nin U-19 komandası avrokubokların daimi iştirakçısına çevrilməkdədir. "Qırmızı-qaralar” tarixində 3-cü, ardıcıl 2-ci dəfə UEFA Gənclər Liqasında mübarizə aparıb. Bu turnirdə 2016/17 mövsümündə debüt edən, ötən il isə mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşən "Qəbələ” yenə Çempionlar yolunda qüvvəsini sınayıb. Komandamız I mərhələdə Kiprin APOEL klubu ilə görüşüb. Futbolçularımız səfərdə heç-heçəyə nail olsalar da, evdə keçirilən görüşdə uduzaraq mərhələ adlaya bilməyiblər.

5. Avropada 20-ci medal

Azərbaycan milli komandasının və "Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev Avropa çempionatlarında 20-ci medalını qazanıb. İdmançımız buna İspaniyanın Qvadalaxara şəhərində nail olub. O, böyüklərin 54-cü Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz yarışı gümüş medalla başa vurub. 5 qat dünya çempionumuz qitə birinciliklərində medal sayını yubiley həddinə - 20-yə çatdırıb. Bunun 11-i qızıl, 2-si gümüş və 7-si bürüncdür.

6. Avropa Liqasında 6-cı mövsüm

"Qəbələ”nin əsas komandası artıq avrokubokların daimi iştirakçısına çevrilib. "Qırmızı-qaralar” ardıcıl 6-cı dəfə qitə miqyaslı turnirdə qüvvəsini sınayıb. Yarışa Azərbaycan kubokunun qalibi kimi qatılan komandamız UEFA Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulub. 2014/15 mövsümündən bu turnirdə daim iştirak edən, iki dəfə dörd mərhələ adlamaqla qrupa yüksələn "Qəbələ”  Gürcüstan "Dinamo”su ilə görüşüb. "Qırmızı-qaralar” bu dəfə Tbilisi təmsilçisini keçə bilməyib.

7. Abbasovdan çempionluq kəməri

Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov "Fight Night Global” təşkilatının çempionu adına yiyələnib. O, Rusiyanın Moskva şəhərindəki "Mıtişi Arena"da keçirilən turnirdə qalib olub. Yüngül çəki dərəcəsində vakant olan çempionluq kəməri uğrunda görüşdə Qazaxıstan təmsilçisi Kuat Hamitovla 5 raundluq döyüşdə 48:47, 47:47, 48:47 hesabı ilə qalib gələn idmançımız çempionluq kəmərinə yiyələnib. Nəriman 2019-cu ildə fərdi mükafat da qazanıb. Döyüşçümüz "Avand Production”un təşkilatçılığı ilə "Park İnn” otelində baş tutan tədbirdə  "Caspian Awards” mükafatı ilə təltif edilib.

8. İki futbolçu rəmzi komandada

2019-cu ilin yayında 2018/19 mövsümünün rəmzi komandası açıqlanıb. "Qəbələ” Peşəkar Futbol Liqasının tərtib etdiyi heyətdə iki oyunçu ilə təmsil olunub. Ötən mövsümdə "qırmızı-qara” formada çıxış edən hücumçu Ceyms Adeniyi və müdafiəçi Voislav Stankoviç "11-lik”də yer alıb. Buna onların mövsüm ərzində turun komandasına düşməkləri səbəb olub. Adeniyi 9, Stankoviç 6 dəfə bunu bacarıb.

9. Gənclərin festivalında medal

İdmançılarımız Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında da çıxış ediblər. Azərbaycanın və "Qəbələ” İdman Klubunun cüdoçusu Gülşən Bəşirova yarışda uğura imza atıb. Klubumuzun rayon bölməsinin yetirməsi olan 16 yaşlı istedad 44 kq çəkidə festivalın bürünc mükafatına yiyələnib. Gülşən 2019-cu ildə daha bir uğuruna Qazaxıstanın Almatı şəhərində təşkil olunan yeniyetmələr arasında dünya çempionatında imza atıb. Bu yarışda 48 kq çəkidə mübarizə aparan cüdoçu komanda yarışlarında gümüş mükafata sahib çıxıb.

10. Bir ildə iki qızıl

"Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov il ərzində iki mötəbər yarışın qalibi olub. +100 kq çəki dərəcəsində çıxış edən idmançımız Lüksemburqda keçirilən Avropa kubokunda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçular arasında Avropa kubokunda da da eyni uğura nail olub.

11. Avropa çempionatında bürünc medal

Taekvondoçumuz Cavad Ağayev Avropa çempionatında uğurla çıxış edib. Azərbaycan yığmasının üzvü olan idmançımız İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında qitə birinciliyində dayanaq üzərinə çıxıb. 68 kq çəki dərəcəsində mübarizə aparan Ağayev qitə çempionatında 3-cü olaraq bürünc medal qazanıb.

12. Yeni sponsor

"Qəbələ” İdman Klubu yeni sponsorla anlaşıb. Dekabrın 19-da Qafqaz City Oteldə keçirilən tədbirdə klubla "Jalə” Şirələri arasında sponsorluq müqaviləsi imzalanıb. "Qəbələ”nin prezidenti Fariz Nəcəfov və şirkətin  Marketinq direktoru Amid Səfərov ilyarımlıq müqaviləyə imza atıblar. Anlaşmaya əsasən, "Jalə" brendi əsas komandanın oyun formasında əksini tapacaq.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X