16:01 10.01.2020 2913

Bəyənilməyən Sekidika və “Neftçi”nin göz “qamaşdıran” transferləri

"Biz birinci yer uğrunda mübarizə aparacağıq. Məqsəd birinci yeri tutmaq və ölkə kubokunu qazanmaqdı. "Neftçi"nin qarşısına hansısa məqsəd qoymaq anormallıq olar" - bunu "Neftçi”nin prezidenti Kamran Quliyev Avropa Liqasının III təsnifat mərhələsində "Bney Yehuda”ya biabırçı məğlubiyyətdən sonra demişdi.

"Neftçi" qış fasiləsinə lider "Qarabağ"dan 6 xal geridə yollanıb. Bu səbəbdən mayda çempionatı zirvədə bitirəcəyinə heç özü də inanmır. Ölkə kubokuna gəlincə, paytaxt təmsilçisi mübarizədən kənarda qalıb. Flaqman ötən mövsüm olduğu kimi, yenə maliyyə sarıdan özündən qat-qat zəif "Sumqayıt" qarşısında diz çökdü.

Kamran müəllim söz vermək üzrə ölkə çempiondu. Adam "Neftçi"yə gələndən ən yüksək nəticələrdən dəm vursa da, nə nəticə var, nə oyun. Nəticənin olması isə öncə normal transferlərdən asılıdı.  O transferlərdən ki, ötən mövsüm "Neftçi"də baxışda olub bəyənilməyən Jesse Sekidika dünən "Qalatasaray"la müqavilə bağladı. Nigeriyalı futbolçunun İstanbul nəhəngi ilə anlaşması isə "Neftçi" azarkeşlərinin haqlı narazılığına səbəb oldu. İtaliyalı baş məşqçi Roberto Bordinin "Neftçi"yə gəldiyi gündən "mən transferlərə qarışmıram" deməsi, kiməsə sirr deyil. Transferlərə birbaşa klub prezidenti Kamran Quliyev nəzarət edir ki, onun xeyir-duası ilə gətirilən futbolçular göz "qamaşdırır": paratskilər, braliçlər, sansonelər, rakular...



Jesse Sekidikanın "Qalatasaray"a transferi sübut etdi ki, Quliyevin futbol anlayışı sıfırın altındadı. Şəxsi maraqları, kreslosunu qorumaq naminə hər dəfə şirin vədlərlə "ömrünü" uzatmaqla məşğuldu. Amma görünən dağa nə bələdçi? Artıq azarkeşlər ona inanmır, hətta sosial şəbəkələrdə Kamran bəyin ünvanına sərt tənqid, təhqir yazmaqdan belə çəkinmirlər və mövsüm başlayandan istefasını tələb edirlər.

"Neftçi" rəhbərliyinin transfer siyasətinin iflasa uğradığı təzə xəbər deyil. Hələ ötən mövsümün yanvarında komandanın ən yaxşılarından olan Dario Frederikonu Cənubi Koreya klubuna satmaq, sonradan geri qaytarmaq rəhbərliyin səhvini etiraf etməsi idi. Arxasında SOCAR kimi nəhəng şirkətin dayandığı klubun bu düşüncə ilə idarə olunduğunu görmək olduqca acınacaqlıdı.

Fakt odu ki, "Neftçi" artıq çempionluq barədə danışa bilmir. Üstəlik, kubok da əldən çıxıb. Bundan sonrakı dövr indiki rəhbərlik üçün daha çətin olacaq. Çünki artıq hər kəs hazırkı rəhbərliyin "Neftçi" adına yaraşacaq səviyyədə çalışmadığının fərqinə varıb. 

Kamran bəy düz deyir, "Neftçi"nin qarşısına hansısa məqsəd qoymaq anormallıq olar. Amma məqsədə çatmayan rəhbərin vəzifəsindən ikiəlli yapışması da normal deyil...(matc.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X