Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt” bu gün qonşu ölkədə sonuncu yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Qazaxıstan təmsilçisi "Şaxtyor"la qarşılaşacaq. Bələk bölgəsində yerləşən "Titanic” otelinin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə satt 18.00 start götürəcək.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədə Macarıstanın "Kaposvar" komandasına məğlub olub (3:4), Rumıniya "Politexnika"sı ilə heç-heçə edib (1:1), Polşanın "Arka" klubuna qalib gəlib (1:0).
Yoxlama oyunu
18.00 Sumqayıt (Azərbaycan) - Şaxtyor (Qazaxıstan)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol